Çirkin görünmək istəmirsinizsə, bunları yeməyin!

Çirkin görünmək istəmirsinizsə, bunları yeməyin!
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 55
Mütəxəssislər bildirirlər ki, gözəl görünmək üçün ilk növbədə yediyimizə, içdiyimizə fikir verməliyik. Çünki orqanizmimizə daxil olan hər qida dəriyə də təsir edir. Sızanaqlar, dərinin qaşınması, qızarması, qabıq verməsi kimi hallar çox vaxt yediklərimizlə əlaqəli olur.



Dərini korlayan qidaları təqdim edirik



Duzlu çərəzlər

Həddən artıq duz qəbul etdikdə hüceyrələr ölür. Belələrinin gözlərinin altında şişkinlik müşahidə olunur. Odur ki, orqanizmə gün ərzində normadan artıq duz daxil olmasına yol verməyin, duzlu çərəzlərdən, çipsilərdən uzaq durun.



Spirtli içki

Spirtli içki dərini qurudur. Həmçinin qan damarlarını genişləndirdiyi üçün dərinin gözəlliyi itir.



Hazır qidalar

Tərkibində bir çox kimyəvi maddə, boya, həmçinin, həddən artıq şəkər tozu, duz və yağ olan hazır qidalar yeməyin. Belə qidalar sağlamlıq üçün təhlükəli olduğu kimi, dəridə də çoxlu sızanaqların çıxmasına səbəb olur.



Qızartma

Kartofu, badımcanı qızartmayın. Ümumiyyətlə, qidaları suda və ya sobada bişirməyə üstünlük verin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!