Faydalı olduğunu zənn etdiyimiz zərərli qidalar

Faydalı olduğunu zənn etdiyimiz zərərli qidalar
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 18
Faydalı olduğunu zənn etdiyimiz pəhriz yeməyi normal qidalarla
müqayisədə daha kalorili ola bilər. Əksəriyyətimiz dəbdə olan dietaları
və dieta məhsullarını sınamağı çox sevirik. Çəki itirməyimizi
asanlaşdıran qidalardan başlayaraq nəyin faydalı olub olmadığı haqqında
tərəddüddə olduğumuz çoxlu sayda qida seçimimiz var. Hal-hazırda
marketlərdə yüzlərlə "vitaminli”, "lifli” və s. Qidalar tapa bilərik.
Bəs bunlar çəki itirməkdə necə köməklik göstərir.
Əgər "İçindəkilər” siyahısı bir iki
maddəni keçirsə, onda məsləhətimiz onlardan əl çəkməyiniz
istiqamətindədir. Tərkibi geniş olan qida və içkilər adətən bəsit şəkər
tərkiblidirlər. Əgər bir içki kalorisi az olduğu halda şəkərlidirsə,
onda bu, o deməkdir ki, həmin içkiyə bel bölgəniz üçün heç də yaxşı
olmayan süni "dadlandırıcılar” daxildir. Araşdırmalar göstərir ki,
"dadlandırıcılar” metabolizmi yavaşladır. Çalışın ki, su, kofe, çay kimi
təbii içkilərə üstünlük verəsiniz. Kalorisinin az olduğunu düşünərək
evdə hazırladığınız və ya aldığınız smoothie-lər bir cheeseburger-dən
daha kalorili ola bilər. Tərkibindəki meyvə və tərəvəz miqdarı, bəzən də
tərkibinə qatılan şəkər nəzərə alınarsa, bir smoothie 650-1000 kalori
ola bilər. Ara qidalar üçün özünüzlə götürdüyünüz çərəzlərin də yüksək
kalorili olduğunu nəzərə almalısınız. Donmuş yoqurtlar dondurmalardan
daha az kalorili imiş kimi görünür. Doymuş yağ baxımından elə olsa da,
şəkər baxımından bir-birlərinə yaxındırlar. Quru meyvələr. Sandığınız
kimi quru meyvələr heç də məsum deyillər. Sadəcə iki ovuc quru meyvə ilə
də 600 kalori almaq mümkündür.

Bütün bunlar əvəzinə məsləhətdir ki, bolluca təbii meyvə ilə qidalanıb, gün ərzində içdiyiniz su miqdarını artırasınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!