Süd içmək üçün 10 səbəb

Süd içmək üçün 10 səbəb
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 64
1) Ürək xəstəliklərindən qoruyur

Ürək xəstəlikləri bütün dünyada
olduğu kimi bizim ölkəmizdə də çox yayılan bir xəstəlikdir. Süd və süd
məhsulları tərkibində qan yağları və qan təzyiqini endirməkdə təsirli
olan protein, kalsiyum, fosfor kimi maddələrin olması nəticəsində hər
gün müəyyən miqdarda istifadə edildikdə ürək xəstəliklərindən qorunmaqda
böyük əhəmiyyət daşıyır. Hər gün davamlı şəkildə içilən 2 stəkan süd
sayəsində siz yüksək təzyiqi tənzimləyə bilərsiniz.



2) Süd uşaqların məktəbdəki uğurunu artırır

Valideynlər
üçün uşaqlarının sağlamlığı qədər təhsili də önəmlidir. Uşaqlıq
dövründə gündə 2 stəkan süd içmək həm zəkanın inkişafı baxımından böyük
əhəmiyyət daşıyır, həm də məktəbdəki uğuru artırır.



3) Enerji verir

Nizamlı qidalanmaq üçün müəyyən
qida qruplarına ehtiyacımız var. Bunlar süd və süd məhsulları, ət,
yumurta, çörək, tərəvəz və meyvələrdir. Bu qidalar içərisində yalnız
südün təkibində enerjinin yaranmasında təsirli olan karbonhidrat,
protein və yağ eyni anda mövcuddur.



4) Dişləri qoruyur

Turşuluğu çox olan və şirin
qidalar mikroorqanizmlərin təsirini artırır. Süddə olan kalsium və
fosfor bu mikroorqanizmlərə qarşı təbii bir qalxan rolunu oynayır. Hər
gün içilən süd dişlərdə yaranan çürüklərin qarşısını alır.



5) Kökəlmənin qarşısını alır

Artıq çəki son
zamanlarda ən əsas problemlərdən biridir. Davamlı olaraq hər gün içilən
iki stəkan süd düzgün qidalanmama nəticəsində alınan artıq çəkiləri
itrməkdə köməkçidir.



6) Hamiləlikdə mineral itgisini azaldır

Sağlam
bir hamiləlik üçün ananın sağlam qidalanması çox əhəmiyyətlidir.
Hamiləlik dövründə gündə 2 stəkan süd içmək ananın bədənində azalan
mineralların bərpa olunmasına kömək edir.



7) Sümük inkşafını təmin edir

Süd güclü sümüklər
üçün əvəzolunmaz vasitədir. Uşaqların davamlı süd içməsi onların
sümüklərinin güclü olmasına təsir göstərir. Böyüklərin də daha sağlam və
güclü sümüklərə sahib olmaları üçün kalsiuma ehtiyacı var, bunun üçün
də davamlı olaraq süd içmək lazımdır.



8) İmmuniteti gücləndirir

Fəsil dəyişkənliyi ilə
əlaqədar olaraq immunitetin zəifləməsi nəticəsində yaranan qrip,
farenjit kimi qış xəstəliklərinin qarşısının alınmasında süd böyük rol
oynayır.



9) Dərini gözəlləşdirir

Süd sağlamlığı olduğu
qədər gözəlliyi də qoruyur.. Gözəl və sağlam bir dəri üçün düzgün
qidalanmanın böyük əhəmiyyəti var. Südün tərkibində olan vitamin və
minerallar sızanaqların yaranması və dəri iltihablanması riskini azaldır
və dərinin sağlamlığını qoruyur.



10) Osteoporozdan qoruyur

İndiki dövrdə 50 və
50-dən yuxarı yaşdakı qadınların 50 faizində klimaks ilə birlikdə
osteoporoz əlamətləri də görülür. Davamlı idmanla məşğul olmaq, kifayət
qədər kalsium və D vitamini qəbulu bu problemin həll olunmasında böyük
əhəmiyyət daşıyır, amma bununla yanaşı hər gün kalsiumla zəngin olan
süddən 2 stəkan içmək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!