Qırmızı rəngli qidalar səhhətimiz üçün əlverişlidir

Qırmızı rəngli qidalar səhhətimiz üçün əlverişlidir
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 31
Qırmızı rəngli qidalar bizim səhhətimiz üçün çox faydalıdır.



Qadınlar.biz-in
məlumatına görə, mütəxəssislər, immuniteti gücləndirmək üçün hər gün
qırmızı rəngli qidalar qəbul etməyin əhəmiyyətli olduğunu bildirirlər.
Qeyd olunan qırmızı qidalarla mütəmadi olaraq qidalanmaq bədənimizi
yoluxucu xəstəliklərdən, bakteriyalardan və viruslardan qoruyacaq. 



Pomidor,
qırmızı alma, çiyələk, qarpız, moruq, albalı, turp kimi qırmızı rəngli
qidalar immunitet sistemi üçün olduqca əhəmiyyətlidir. Qırmızı-bənövşəyi
rəngli qidaların rənglərindəki canlılıq qan damarlarına da qüvvət
verir. Bu kimi qırmızı rəngli qidalar olduqca təsirli bir
antioksidantdır. Bir çox xəstəliyə qarşı qoruma təmin edir.



Bu
qidalar C vitamini və kalium baxımından zəngindir və immunitet
sistemini gücləndirici xüsusiyyətə malikdir. Əsasən də pomidor, itburnu
və qarpızdan olan likopen bəzi xərçəng törəmələri (xüsusilə prostat
xərçəngi) və ürək xəstəliklərinə qarşı qabaqlayıcı təsir göstərir. 



Tərkibində
bol miqdarda kalium və C vitamini olan nar, xərçəngə qarşı qoruyucu
antioksidantlar cəhətdən olduqca zəngindir. Nar suyundakı antioksidan
miqdarının, yaşıl çay, zoğal və portağal suyuna görə qat-qat çox olduğu
qeyd edilir.



İmmunitet sisteminizi gücləndirmək üçün bu növ qidalardan uzaq olun

• Hazır qidalar

• Kalorisi yüksək və qida dəyəri aşağı qəlyanaltılar

• Çox duzlu ya da çox şəkərli xəmir yeməkləri

• Şəkərli və qazlı içkilər



Mövsümə görə qeyd olunanları mütləq qəbul edin

• Hər gün bir boşqab mövsüm meyvəsi 

• Bol bol yaşıl yarpaqlı tərəvəzlərlə 

• Təzə sıxılmış meyvə suyu

• Siqaretsiz bir həyat

• Həftədə 2-3 porsiya balıqскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!