Duyğu aclığı sindromu

Duyğu aclığı sindromu
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 61
Bekarçılıqdan yemək yeyirsiniz?



Qidaya
yüksək aclıq hissi ilə yanaşan insanlar stolda, soyuducuda və ehtiyatda
olan qidaları yeməyincə özlərini yaxşı hiss etmirlər. Ətrafınızda kimsə
yemək yedikdə ac olmadığınız halıda belə nəsə yemək istəyirsiniz,
televizor qarşısında sıx-sıx yemək yeyir, gecələr yatarkan yerinizdən
qalxıb, özünüzü soyuducunun qarşısında tapırsınızsa, siz yeni bir
psixoloji sindiromla qarşı-qarşıyasınız.



Qadınlar.biz  çoxlarınızı təəccübləndirəcək bir sindirom haqqında məlumat verir.



Psixoloqların fikirincə, əslində bu mədədəki, aclıq hissindən deyil
"duyğularınızın aclığ”ından dolayı baş verir. Bu sindiromdan əsasən iş
həyatından narazı olan, dostları ilə münasibətləri korlanan, sevgidə
bəxti gətirməyən, maddi durumu yerində olmayan insanlar əziyyət çəkir.



Sindiromun əlaməti olaraq kimsə yemək yedikdə həmin insana qoşulub
yemək arzusu, ən sevdiyiniz yemək yeyildikdə ondan yeməsəniz özünüzü çox
pis hiss edirsiniz.Bekarçılıqdan yəni məşğuliyyət olsun deyə yemək
yeyirsiniz.Televizora baxdıqda yemədən dura bilmirsiniz və gecələri tez-
tez qalxıb yemək yeyirsinizsə, deməli siz də bu sindiromdan əziyyət
çəkirsiniz.



Belə psixoloji müddətlərdə serotonin və dopamin maddələri insan
orqanizmində əhval-ruhiyyəni idarə edir. Dopamin azlığı yaşayan insanlar
həyat enerjisini itirmiş, kefsiz, daxilinizdə sanki bir boşluq varmış
kimi özlərini hiss edir. 



Serotonin aclığı çəkən insanlar isə narahat və gərgin olur, hər zaman
nələrinsə yolunda getmədiyini düşünürlər. Əslində "duyğusal aclığa”
orqanizimdə bu iki maddənin əksikliyi səbəb olur. Bunun nəticəsi olaraq
insanlar daha çox karbohidrat və yağlı qidalar tükətməyə həvəsli olur.
Bunun ən ağır əlamətləri olaraq, stress, gərginlik, titrəmə, baş
gicəllənməsi, tərləmə, bulanıq görmə, baş gicəllənməsidir.



Bu halların aradan qaldırılması üçün günəşli havada yaxudda açıq havada
gəzmək bədənin D vitamini deposunu gücləndirmək lazımdır.
Karbohidratlardan isə daha çox qara olanlardan istifadə edin. Beləki, ağ
çörək əvəzinə qara çörək, düyü plovu əvəzinə bulğur plovu yemək
məsləhətdir.



Proteinə olan təlabatınız artığından az miqdarda yumurta və qatıq,
yağlı pendirlə qidalana bilərsiniz. Bu vəziyyət həddindən artıq
gərginləşibsə, həır hansı bir mütıəxəsisə müraciət etməyiniz
məsləhətdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!