Turşu sevənlər oxusun

Turşu sevənlər oxusun
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 32
Turşu təbii probiotik qidalardan biridir. Türkiyəli həkim Yavuz Dizdar turşunun sağlamlığa faydalarından danışıb.

  

Təbii
probiotiklər həzm sistemi üçün çox faydalıdır. Probiotiklə ən zəngin
qidalar qatıq və kefirdir. Ancaq turşu da bu süd məhsulları qədər
faydalı hesab edilir.

 

Doktor Yavuz Dizdarın sözlərinə görə, xüsusilə də, kələm turşusu sağlamlıq üçün əvəzedilməzdir:

 

"Turşu,
xüsusilə, kələm turşusu probiotiklərə olan ehtiyacı tam qarşılayır.
Turşunun bağırsaqlara faydalı olması üçün keyfiyyətli sirkə ilə ev
şəraitində hazırlanması vacibdir”.

 

Həkim bildirir ki, turşu qaydalara uyğun hazırlanmalıdır:

 

"Turşusu
qoyulan bütün tərəvəzlərin üzərində mikroorqanizmlər olur. Turşu
hazırlayarkən həmin mikroorqanizmlərin mayalanması üçün uyğun şərait
yaratmaq vacibdir. Elə etmək lazımdır ki, orqanizm üçün faydalı olanlar
çoxalsın, zərərli mikroorqanizmlər isə ölsün. Bunu duzla həll etmək
olar.

 

Duz
tərəvəzi çürüdə biləcək bakteriyaları məhv edir. Turşunu qaya duzu ilə
hazırlamaq lazımdır. Onu sirkə və ya limonla hazırlamaq olar. Limon da
sirkə ilə eyni işə yarayır. Tək fərq turşunun dadı olacaq”.

 

Həkim marketlərdə satılan turşuların faydalı olmadığını, hətta sağlamlıq üçün təhlükəli olduğunu vurğulayır:

"Marketlərdə
satılan turşuların çoxunda kimyəvi maddələr olur. Bu turşuların
üzərində 2-3 il istifadəyə yararlı olduğu göstərilir, halbuki, turşu 6
ay ərzində yeyilməlidir”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!