Qidalanarkən bunlara diqqət yetirin

Qidalanarkən bunlara diqqət yetirin
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 8
Bir çox hallarda, ağır iş qrafiki olan insanlar yemək bişirməyə vaxt
tapmır. Bunun çarəsini də bir dəfə yemək bişirib bir neçə dəfə yeməkdə
görürlər. Bişirdikləri yeməyi bir neçə gün dəfələrlə isidərək yeyirlər.
Bəs bunu etmək nə dərəcədə doğrudur?! Elə qidalar var ki onları təkrar
isidərək yemək olmaz. Belə qidalanmaq qida zəhərlənmələrinə yol aça
bilər. Ən çox da uşaqlar üçün risklidir. 



Ət, yumurta, toyuq kimi məhsullardan hazırlanmış qidalar qaldıqca
onlarda bakteriyaların sayı artır. Ən çox zəhərlənmələrə yol açan
bakteriyalar isə salmonella və listeriya.
Qida zəhərlənmələri əsasən ürək bulanma, qusma, qarın ağrısı, qızdırma
kimi simptonlarla özünü göstərir. Bu zaman mütləq həkimə müraciət
olunmalıdır. 



Əgər siz bundan xəbərsizsinizsə o zaman Qadınlar.biz-in bu məlumatı ilə tanış olun.



Yeməklərin saxlanılma şəraiti üçün bunlara mütləq əməl etməyiniz
tövsiyə olunur. Xörəyin 2 saat otaq tempraturunda qalması bakteriyaların
artması üçün kifayət edir. Odur ki , yeməklərinizi iki saatdan artıq
otaq tempraturunda saxlamayın.



Çiy əti kəsdiyiniz bıçaqla bişmiş əti kəsməyin. Eynilə çiy ətləri
yığdığınız qaba bişmiş ətləri yığmayın.Yeməkləri qızdırdıqda mütləq
qaynama tempraturuna qədər qızdırın.Çəkilmiş çiy ət soyuducunun buz
yerində maksimum 4 ay, bişmiş ət isə 2-3 ay saxlanıla bilər.



İspanaq o qidalardandır ki, onu mütləq bir dəfə bişirib yemək lazımdır.
İkinci dəfə qızdırdıqda ispanağın tərkibində olan nitratın zəhərli
hesab olunan nitritə çevrilməsi müşahidə olunur ki, bu da əsasən uşaqlar
üçün təhlükəlidir.Çünki, körpələrin 5 mg nitrit alması belə onların
həyatı üçün təhlükəlidir. Nitrit zəhərlənməsi zamanı ağız və göz ətrafı
bölgələrdə göyərmə müşahidə olunur. Həmçinin çuğundur, brokoli, kələm,
kök kimi qidalar nitrat zəhərlənməsinə gətirib çıxara bilər.



Toyuq yeməkləri səhərə saxlanılmaması vacib olan yeməklərin başında
gəlir.Təkrar qızdırıldıqda daxilindəki proteinin quruluşu dəyişir və
bakteriya artımına səbəb olur.



Eynilə Toyuqda olduğu kimi yumurta da yüksək tempraturda qızdırılsa
bele daxilindəki suyun azalması səbəbindən proteinin quruluşu dəyişir.
Buda bakteriyaların artımına səbəb olur.Buna görə də yumurta istifadə
etdiyiniz yeməklərlə bir qədər ehtiyatlı olun.



Göbələk də təkrar qızdırılması tövsiyə edilməyən qidalar sırasındadır. Əsasən həzm sistemi pozuntuları ilə nəticələnir.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!