Çay, yoxsa qəhvə daha zərərlidir?

Çay, yoxsa qəhvə daha zərərlidir?
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 12
Hər səhər oyanan kimi bir fincan qəhvə içirsiniz? Yoxsa bir fincan çay
içməsəm, özümə gələ bilmirəm deyirsiniz? Qəhvə və ya çay arasında nə
fərq var? Hansı daha zərərlidir?



Çayın faydaları

Çayın
içində flavonoid deyilən bir maddə var və bu maddə xolesterolun səbəb
olduğu damar tutulmasının qarşısını alır. Flavonoid eyni zamanda
qreyfrut, soğan, qırmızı şərab və qara üzümün tərkibində var. Qara çay
antioksidant xüsusiyyətinə sahibdir və bu da dişlərin gec çürüməsinə
kömək edir.



Əgər 10
ildən artıqdır ki, qara çay içirsinizsə, bu sümüklərinizin möhkəm
olmasına kömək olur və sümük əriməsinin qarşısını alan amillərdən
birirdir. Sakitləşdirici effektə
sahibdir. Gərginliyi, stressi azaldır. Gün ərzində üç stəkan çay içmək
bəd xassəli şişin, mikrob və infeksiya xəstəliklərinin qarşısını alır.



Çayın zərərləri

Hər
şey kimi çayı da miqdarından artıq qəbul etsəniz, əks təsirlərini
görəcəksiniz. Miqdarından artıq çay içmək damar sərtliyinə gətirib
çıxarır. Mədədə qastrit yaradır.

Həzm
sistemində narahatçılıq və sinirlərin pozulmasına da miqdarından artıq
çay qəbul etmək səbəb ola bilər. Əlin əsməsi, yüksək təziqin yaranmasına
da səbəb olur. Çayla qəbul edilən şəkərin miqdarına da mütləq diqqət
etmək lazımdır.



Qəhvənin faydaları

Qadınlarda
kşilərə nisbətən böyrək daşı daha çox olur. Araşdırmalara əsasən qəhvə
içən qadınlarda böyrək daşına daha az rast gəlinir. Qəhvə əsasən
qaraciyərdə olan ankoloji xəstəliyə yoluxma riskini azaldır.



Gündə
üç fincan qəhvə içirsinizsə, astma xəstəliyi riskini azaltmış
olursunuz. Baş ağrılarına faydalıdır. Həzm prosesini sürətləndirir. Əgər
normasında içirsinizsə, selülit və dərinizdə olan problemlərin qarısını
almağa kömək olacaq.



Qəhvənin zərərləri

Qəhvəni
miqdarından artıq içmək səhhətinizdə fəsadlar yarada bilər. Çox qəbul
etsəniz, həzm prosesi üçün təhlükə yaradacaq və əldə titrəmə, ürəyin
tez-tez döyünməsinə gətirib çıxaracaq. 



Əsasən
hamilə qadınlar, xora xəstəliyindən əziyyət çəkənlər və ürək
xəstələrinə qəhvədən uzaq durmaq tövsiyyə olunur. Şəkər xəstələri
nəzarət altında içməlidirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!