Qaraciyər sağlamlığı üçün tövsiyyə edilən qidalar

Qaraciyər sağlamlığı üçün tövsiyyə edilən qidalar
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 29
Balqabağın bilmədiyiniz 11 faydası"
href="/duzgun-qidalanma-13/balqabagin-bilmediyiniz-11-faydasi-179">Tərəvəzlər:
Tərkibində sulfid (kükürd) olan qidalar qaraciyəri təmizləyir və
bədəndəki kimyəvi maddələrdən daha qısa müddətdə azad olunmağı təmin
edir. Kükürdlə zəngin olan tərəvəzlər soğan, sarımsaq və kələmdir.
Lakin, təkcə bu tərəvəzləri yeməklə kifayətlənməyin. Həm qaraciyəriniz,
həm də ümumi sağlamlığınız üçün gundə 3-4 pors təzə tərəvəz yeməyə
çalışın.



Meyvələr:
Antioksidant cəhətdən zəngin olan meyvələr qaraciyərin funksiyalarını
yerinə yetirməsinə kömək edir, zərərli toksinlərin bədəndən xaric olma
müddətini sürətləndirərək ümumi bədən sağlamlığımıza xeyir edir. Kivi,
çiyələk, qaragilə və zoğal kimi meyvələr antikosidantla olduqca
zəngindir. Bundan əlavə, portağal, qreyfrut, ərik, armud və alma kimi
meyvələr də qaraciyəri qoruyur. Hal-hazırda qaraciyərlə bağlı bir
probleminiz varsa, tərkibində A vitamini olan meyvələr yeməyin.



Taxıllar: Tam taxıllı qidalar
karbonhidrat tərkibli olmağı və yağ miqdarının az olması sayəsində
qaraciyərə faydalı qidalar arasında xüsusi yer tutur. Həmçinin, bu
qidalar antioksidant vəzifəsi daşıyır və orqanizmimizi lazımlı vitamin
və minerallarla təmin edir.



Protein: Bədənin
enerjisini və əzələ toxumasının yaranmasını təmin edən protein sağlam
bir qaraciyər üçün lazımlıdır. Ancaq artıq miqdarda protein qəbul
edilməsi qaraciyəri yora bilər. Həmçinin, proteini yağlı ət kimi
qaraciyər üçün faydalı olmayan qidalar əvəzinə az yağlı qatıq, pendir,
ispanaq, soya paxlası və yaşıl noxud kimi qidalardan almağa üstünlük
verin. Qaraciyər xəstəliyi olanlara həkim tərəfindən protein qəbulunu
məhdudlaşdırmaları tövsiyyə olunur.



Lif: Lif
tərkibli qidalar yeməklərdən alınan artıq yağların bədəndən xaric
edilməsinə kömək edir. Eyni zamanda lif toksinlərin bədəndən xaric
olmasında qaraciyərin fəaliyyətini asanlaşdırır. Lif baxımından zəngin
qidalara misal olaraq mərcimək, ispanaq, qara lobya, armud, alma, moruq
və banan kimi qidaları göstərmək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!