Soğan suyunun faydaları

Soğan suyunun faydaları
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 97
Soğan suyunun faydaları elmi araşdırmalarla təsdiq edilib.



Soğan suyunun faydaları elmi araşdırmalarla təsdiq edilib.



Qadınlar.biz-in məlumatına görə, soğan da sarımsaq kimi, xoşa gəlməz
qoxuya malik olduğuna görə, yeməkdən imtina etdiyimiz qidalardan
biridir. Soğan da sarımsaq kimi faydalı olduğuna görə, mütəxəssislər
tərəfindən tez-tez yeyilməsi məsləhət görülür. 



Soğan suyunun faydalarından biri də antiseptik olması və bakteriyalara
qarşı bədənin müqavimətini gücləndirməsi ilə bərabər qan təzyiqini
normallaşdırır və bəzi xərçəng növlərinə qarşı təbii vasitədir. 



Soğan Suyunun Faydaları

Araşdırmalara görə, qırmızı soğan suyu, qida zəhərlənməsinə və stressə bağlı mədə ağrlarını sakitləşdirir.



Qırmızı soğan

Müntəzəm olaraq soğan yemək mədə xərçəngi riskini azaldır. Həmçinin
araşdırmalara görə, soğan antioksidan təsirə malikliyi ilə qaraciyər və
xərçəngə qarşı təbii müalicəvi vasitədir. 32 ölkə arasında aparılan
araşdırmalara görə, yemək qəbulu zamanı daha çox soğan yeyən ölkələrdə
prostat xərçəngi səbəbindən dünyasını dəyişənlərin sayı azdır. Məsələn
İngiltərədə prostat xərçəngi səbəbindən yaranan ölümlər soğan
istifadəsinin daha az olduğu ölkələr sırasındadır.



Soğan

Soğan suyunda olan "Quercetin" adlı komponent allergiyanın qarşısını
alır. Soğan suyunun tərkibində olan komponentlər nəticəsində allergiyaya
qarşı həssaslığı aradan qaldırır.



Allergiyalı insan

Anemiya xəstəliyinə qarşı orta boy bir soğan (təxminən 110 qram)
tərkibində 0.2 mq dəmir olduğu bildirilir. Beləki soğan suyu gündəlik
dəmir ehtiyacının 1 % bərabərdir. Təbii ki, gündəlik dəmir ehtiyacınızı
yalnız soğan suyu içəməklə qarşılamağınız mümkün deyil. Ancaq dəmir
baxımından zəngin qidalar qəbul edərkən çalışın siyahınıza soğanı da
əlavə edəsiniz.



Tərkibində dəmir olan qidalar

Antiseptik: Soğan, sarımsaq kimi təbii bir antiseptiktir və
infeksiyalarla mübarizədə bədənə köməkçi olur. Sidik yolu infeksiyası,
mədədə olan bakteriyaları sistit kimi enfeksiyonal xəstəliklərin
müalicəsinə kömək məqsədi ilə qəbul edə bilərsiniz.



Soğan sarımsaq

Hansı Soğan Daha Faydalı?

Bütün soğan növləri müəyyən qədər antioksidanla zəngindir. Ancaq
qırmızı soğanın ağ soğana görə daha güclü bir antioksidan olduğu qeyd
edilir. Soğanın kökə yaxın hissəsi xərçəngdən qorunma komponentlər
baxımından daha zəngindir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!