Qan azlığına qarşı 4 bitki

Qan azlığına qarşı 4 bitki
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 56
Qan azlığı bir xəstəlik deyildir, xəstəliyin nişanəsidir. Adətən dəmir
azlığı o zaman baş verir ki, insan onu lazım olan qidalardan əldə edə
bilmir. Qan azlığına qarşı yardım edən bitkilərin tərkibində adətən
dəmir zəngin olur. Onlarla tanış olaq:

 

1. Gicitkən. Bu bikti dəmirlə zəngin olan bitkidir. Əgər qidalarda
olan dəmirin yaxşı cəzb olunmasını istəyirsinizsə, onu C vitamini ilə
bir yerdə qəbul edin. Gicitkən elə bir bitkidir ki, tərkibində həm dəmir
vardır, həm də C vitamini. Gicitkəni həm təzə şəkildə yeməklərdə
istifadə edə bilərsiniz, həm də quru şəkildə çay kimi dəmləyə
bilərsiniz..



2. Xurma. Xurma elə meyvələrdəndir ki, təkbaşına sizə gündəlik enerjini
verə bilir. Xurmanın lifləri yağların azaldılmasına yardım edə bilir.
Xurmanın tərkibində dəmir vardır ki, qan azlığına qarşı müsbət təsir
göstərər. Xurmanın faydaları çoxdur və o cümlədən: yuxunun rahat
olmasına yardım edər, eşitmə və görmə qabilyyətini gücləndirər, mikrob
və göbəliə əleyhinədir və immun sistemini gücləndirər. Ana südünü
artırar və hamiləliyin rahat keçməsinə səbəb olar. Yeməyi həzm edər,
mədəni gücləndirər. Susuzluğu aradan qaldırar və sinədəki bəlğəmi
təmizləyər.



3. Püstə. Püstə də o bitkilərdəndir ki, qan azlığını aradan qaldıra
bilir və dəmirlə zəngindir. Mütəxəssislər müəyyən etmişdirlər ki,
püstənin tərkibində olan yağ turşuları xolesterinin aşağı düşməsinə
yardım edir və ona görə də ürək üçün faydalıdır. Bu alimlərin nəzərinə
görə, əgər insan hər gün 43 qr püstə yeyərsə, sözügedən təsirə malik
olar.



4. Qara zirə. Zirənin ən çox faydalarını mədə və bağırsaq spazmaları
zamanı görmək olar. Bu bitki mədəni təhrik edər ki, qidanı tez həzm
etsin, həm də sidikqovucudur. Bu bitki həm də qan azlığına müsbət təsir
göstərir. Bu bitkidən çörək məhsullarının ətirləndirilməsində istifadə
edilər. Xüsusilə də qara çörəklərin. Bu bitkidən pendirlərdə və
şirniyyatda da istifadə olunur. Həmçinin sabunların ətirləndirilməsində
də ondan istifadə edirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!