Yağlı yeməklər stress yaradır

Yağlı yeməklər stress yaradır
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 11
Qeyri-kafi
karbohidrat, zülal və C vitamini qəbul etmək, həddindən artıq yağlı
yemək, spirt və çox kofein qəbulu depressiyaya səbəb olur, uzun müddət
ac qalmaq isə qanda şəkərin miqdarını aşağı salır. 

 

Nəticə
etibarı ilə bu hallar əsəb və gərginlik yaradır. Stress zamanı immun
sistemin zəifləməsi nəticəsində isə orqanizmin infeksiya və xəstəliklərə
yaxalanma riski artır.

                     

Mütəxəssislər
bunun qarşısını almaq üçün çoxlu su və bitki çayları içməyi təklif
edir. Bitki çaylarından alma çayı və melisa sakitləşdirici xüsusiyyətə
malikdir. Həkimlər sağlam qidalanmanın stressi azaltdığını və immunitet
sistemini gücləndirdiyini deyir.

 

Çox
dəmli çay və həddindən artıq qəhvə və ya kola qəbulu, normadan artıq
turşu qəbulu da qanazlığı və dəmir çatışmazlığına yol aça bilər.

 

Stressdən azad olmaq və əsəbiləşməmək üçün gündə ən azı bir porsiya zülallı və bol C vitaminli qidalara yer ayırın.

 

Düzgün
qidalanmadan əlavə, dərin nəfəs texnikaları, boyun və bədən
hərəkətləri, erkən saatda orta templi yürüş də ən yaxşı müalicə
üsullarından biri hesab olunur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!