Uzunömürlü, gənc və xoş əhvallı olmaq istəyirsinizsə, yulaf sıyığı yeyin

Uzunömürlü, gənc və xoş əhvallı olmaq istəyirsinizsə, yulaf sıyığı yeyin
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 29
Əgər buna şübhəniz varsa, səhər yeməyində bir boşqab yulaf sıyığı yeyin. 



Bəzi məsləhətləri təqdim edirik.



1. Yulaf sıyığı orqanizmin tonusunu artırır, insanın əhvalına
olduqca müsbət təsir göstərir. Bu sıyığın tərkibindəki B6 vitamini insan
beynində xoşbəxtlik hormonu adlanan serotoninin yaranmasında fəal
iştirak edir.



2. Əgər siz səhər yeməyinizi yulaf sıyığı ilə başlasanız, gün
ərzində mədə-bağırsaq sisteminiz Kreml saatı kimi işləyəcək. Kreml
ifadəsini təsadüfi işlətmədim. Hələ Sovetlər birliyi dövründən Kreml
məmurlarının qida rasionunda yulaf sıyığı mütləq şəkildə olub. Ona görə
də yulaf sıyığına "Kremlyovskaya kaşa" da deyirlər. Hər halda o
uzunömürlü kişilər elə-belə şey yeməzmişlər.



3. Yulaf sıyığı olduqca tutumludur. Səhər-səhər bir boşbaq sıyıq
sizin nəfsinizə hakim kəsiləcək. Yəni siz onu yedikdən sonra gözünüz
başqa qidalarda - kolbasada, sosislərdə, sirniyyatlarda qalmayacaq.
Beləliklə də siz kökəlmənizin qarşısını almış olacaqsınız.



4. Saçlarınızı və dırnaqlarınızı qüsursuz görmək istəyirsinizsə, yulaf sıyığına üstünlük verin.



5. Unutmayın ki, yulaf sıyığı orqanizmin immunitetini qaldırır.



6. Ürək və damar sistemində problemi olanlar üçün yulaf sıyığı məsləhətdir.



7. Yulaf sıyığı həzm prosesini tənzimləyir, bağırsaqların təmizlənməsində böyük rol oynayır.



8. Bu sıyıq həmçinin qaraciyərin fəaliyyətini də yaxşılaşdırır.



9. Yulaf sıyığı yaddaşı gücləndirir, zehni fəaliyyəti artırır.



10. Əgər istəyirsinizsə, orqanizminiz A, E, K, PP, B qrup
vitaminləri, xeyirli minerallar və mikroelementlərlə zəngin olsun yulaf
sıyığından istifadə edin.



Belə bir deyim var ki, hər şey qədərində gözəldir. Yulaf sıyığının
dediyimiz və demədiyimiz xeyirlərini, əhəmiyyətini düşünüb ondan
qədərindən çox istifadə etmək məqsədəuyğun deyil. Həftədə 3-4 gün səhər
yeməyində yulaf sıyığından istifadə edin, uzunömürlü və xoş əhvallı
olun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!