Qidalar psixologiyamıza necə təsir edir?

Qidalar psixologiyamıza necə təsir edir?
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 8
Araşdırmalar
göstərib ki, gün ərzində yediyimiz qidalar psixologiyamıza təsir edir.
Belə ki, qidaların tərkibindəki maddələr orqanizmdəki hormonların
səviyyəsini dəyişdirərək, özümüzü xoşbəxt və ya kədərli hiss etməyimizə
səbəb olur.

 

Türkiyəli diyetoloq Gizəm Şəbər qidaların insanın əhval-ruhiyyəsinə olan təsirlərindən danışıb.

 

Diyetoloqun
sözlərinə görə, artıq bir çox insan xoşbəxtlik hormonu adlandırılan
serotoninin səviyyəsini artıran qidalardan xəbərdardır:

 

"Banan,
ananas, şokolad kimi qidalar seratonin səviyyəsini artırır. Bunu demək
olar ki, hər kəs bilir. Ancaq qidaların təsiri bununla bitmir. Bəzi
qidalar özünəinamı artırır. Digərləri stressi azaldır, gərginliyi aradan
qaldırır. Məsələn, iclasınız və ya hər hansı tədbirdə çıxışınız varsa,
balqabaq tumu, göy-göyərti və ya badam yeyin. Bu qidaların tərkibindəki
maqnezium sayəsində özünüzü rahat hiss edəcək, sakitləşəcəksiniz”.

 

Diyetoloqun sözlərinə görə, pessimist, narahat ruh halında olan insanlar kaliumla zəngin qidalar yeməlidir:

 

"Belə insanlar çərəz, bütöv dənli buğdadan hazırlanmış qidalar, günəbaxan tumu yesələr, yaxşı olar”.

Özünə inamı artıqmaq üçün isə B1 vitamininə ehtiyac var:

 

"B1
vitamini özünəinamı artırır. Kartof, gül kələmi, portağal və yumurta
kimi qidalar bu baxımdan kömək edir. B1 vitamini ilə zəngin qidalar
yeyən insanlar daha ünsiyyətcil olur, asanlıqla sosial əlaqələr
qururlar”.

Hansı qidaların əhval-ruhiyyənizə necə təsir etdiyini öyrənmək üçün aşağıdakı siyahıya nəzər sala bilərsiniz:

 

Pomidor: xromla zəngin olduğu üçün insanda həyata həvəs oyadır.

Nar: xoşbəxtlik hissi bəxş edir.

Brokkoli: enerjili hiss etdirir.

Qızıl balıq: omeqa-3 yağ turşuları ilə zəngin olduğu üçün depressiyaya qarşı təsirlidir.

Qoz: xoşbəxtlik hissi bağışlayır, depressiyadan xilas edir.

Yerkökü: antioksidantlarla zəngindir. İnsanın özünü rahat və sağlam hiss etməsinə səbəb olur.

Cəfəri: Orqanizmi toksinlərdən təmizlədiyi üçün yorğunluğu, halsızlığı aradan qaldırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!