Günə 2 litr su içilməlidir?

Günə 2 litr su içilməlidir?
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 67
Deyilənə görə hər bir insan gün ərzində 2 litrdən (8 stəkandan) az su içməməlidir.

Son illər insanlar adi su içməyə daha çox məhəl verir. Bir çox
idmançıların və tələbələrin üzərində su butulkası olur. Los-Ancelesdə
yayılmış Kaliforniya universitetin kitabçasında tələbələrə «öz üzərində
su butulkası gəzdirmək və dərslərdə tez-tez su içmək» məsləhət görürlər.
Bu arada çoxları etiraf edirlər ki, özlərini məcbur edib çoxlu su qəbul
etmək onlar üçün çətindir, buna baxmayaraq internetdə suyun gündəlik
normasını qəbul edilməsi barədə xüsusi məqalələr var.

Demək çətindir ilk dəfə kim tərəfindən suyun gündəlik norması məhz 2
litr olması müəyyənləşdirib. Yəqin ki, bu ehkam 1945-ci ildə
ABŞ-ın ərzaq və qida üzrə milli şurasının dərcindən sonra möhkəmlənib:

«Böyük insan üçün gündəlik mayenin qəbul norması təqribən 2,5 litr təşkil edir».



Niyə bu belə deyil:

Gün ərzində 2 litr suyun insan üçün norma olduğu sübut edilməmişdir.

Şübhəsiz ki su insana faydalıdır, ən azı ona görə ki, orqanizmi təmin
edir və bu zaman kalori ehtiva etmir. Lakin bu gün heç bir araşdırmalar
sübut etməyiblər ki insan üçün gündəlik su norması 2 litr təşkil edir.
Kütləvi informasiya vasitələrinin arqumentləri aşağıdakılara yönəlir:
insan bədəni əsasən sudan ibarətdir (50-70 % çəkisi), qan (85 %),
əzələlər (80 %), beyin (75 %) və sümüklər (25 %), məhz buna görə
orqanizmin normal fəaliyyəti üçün ona 2 litrə qədər su gərəkdir. Və əgər
bu fikrin birinci hissəsi ilə razılaşsaqda, ikinci hissəsi öz təsdiqini
tapmamışdır.



Hətta ABŞ-ın ərzaq və qida üzrə milli şurasının dərcində də qeyd
edilmişdir ki, orada yazılan 2,5 litr təkcə suya aid deyil. O miqdarda
maye deyərkən, gün ərzində qidadan orqanizmə qəbul edilən maye də
nəzərdə tutlmuşdur. Beləliklə, insan gündəlik su norması ilə təyin
edilməsi üçün ona gün ərzində 2 litr su qəbul etmək yox, sadəcə düzgün
qidalanmaq gərəkdir. Bəzi insanlar üçün həttə xüsusi mobil proqramlarda
mövcuddur ki, onların vasitəsi ilə siz bir stəkan süddən orqanizmə nə
qədər suyun daxil olmasını və ya bir fincan qəhvə içərkən nə qədər maye
itirdiyinizi hesablaya bilərsiniz.

Çox arıqlamaq üçün çoxlu su qəbul etmək məsləhət görürlər. Amma nə
həcmdə su qida qəbulunu azaldır və bu nə müddətdə davam edir hələ də
aydınlaşdırılmamış qalmaqdadır. Uzun ömürlüklə suyun çox qəbul edilməsi
əlaqəsi də məlum olmamışdır.



Kristofer Van Tulekken (infeksionist):

«İnsanlar isti və quraqlıq şəraitdə ağır fiziki əmək yerinə yetirərək
təkamül etdilər. Biz xüsusi problem olmadan az miqdarda su qəbul edə
bilərik, nəinki adətən sudan yaranan kiçik intoksikasiya daha acınacaqlı
nəticələrə gətirib çıxara bilər. Loru dildə desək, həddindən çox su
içmək, suyu heç içməmək qədər pisdir».скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!