Gündəlik yemək - 5 səhv

Gündəlik yemək - 5 səhv
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 45
Britaniyalı alimlər qida qəbulu zamanı yol verilən 5 ən çox yayılmış səhvi ortaya çıxarıblar. Sağlam və balanslaşdırılmış

qida qəbul etdiklərini düşünən insanlar əslində ciddi səhvlər edirlər.

 

1.
Fiziki və ya psixi gərginlikdən əvvəl və ya sonra qida qəbulu. Gərgin
fiziki işdən yarım saat əvvəl və yarım saat sonra yemək yemək olmaz.
Həmçinin güclü həyəcan keçirdikdən yarım saat sonra da qida qəbul etmək
olmaz. Bu, mədə şirəsinin normal ifrazına əngəl olur. 



2. Yeməkdə
müxtəliflik faydalıdır. Bəli, faydalıdır, amma aralarında vaxt kəsiyi
olmalıdır, 15 dəqiqəyə üç cür yeməyi mədəyə doldurmaq olmaz. Qidanı
yaxşıca çeynəmək, hər təamdan sonra isə bir qədər  fasilə vermək
lazımdır. 



3. Çox
qaynar və çox soyuq xörəkləri birlikdə yemək. Bir öynə vaxtı otaq
temperaturundan aşağı və ağzı yandıran qidaları qəbul etmək olmaz, bu,
həm dişlərə, həm də mədəyə ziyandır. 



4. Xörəyi
salatla yemək. Ümumiyyətlə, çiy meyvə-tərəvəzi termik emaldan keçmiş
ərzaqlarla yemək olmaz, bunları ayrıca salat kimi əsas yeməkdən əvvəl
yemək lazımdır. O zaman mədə şirəsi ifraz olunacaq, həzm sisteminin
motorikası işə düşəcək, əks halda isə mədədə qıcqırma və çürümə
prosesləri başlayacaq. 

 

5. Yemək
zamanı maye qəbul etmək. Yeməkdən öncə, yemək zamanı və dərhal yeməkdən
sonra hər hansı bir içki içmək olmaz - o ağız suyunu yuyub aparır, mədə
şirəsini durulaşdırır. Yeməkdən yarım saat əvvəl və bir saat sonra su
içmək daha faydalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!