Bu qidalar qocalmanı ləngidir

Bu qidalar qocalmanı ləngidir
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 16
Müasir
tibdə qocalma ilə bağlı geniş araşdırmalar aparılır. Alimlər qocalmanı
ləngitmək, qocalıqda inkişaf edən xəstəliklərinin qarşısını almaq üçün
müxtəlif "yaş əleyhinə" (ingilis dilində - "anti-age") proqramlar
hazırlayır.

Bu
proqramların əsas tərkib hissələrindən biri düzgün qidalanmadır.
Araşdırmalar nəticəsində herontoloqlar (qocalığı araşdıran və qoca
insanların sağlamlığı ilə məşğul olan mütəxəssislər) belə qərara
gəliblər ki, bəzi vitamin və minerallar anti-age təsirə malikdir.
Herontoloqlar bütün insanlara qocalığı "aldatmaq" üçün tərkibində bu
vitamin və minerallar olan qidaları öz qidalanmasına daxil etməyi
tövsiyə edirlər. 

Beləliklə, qocalığı ləngidən vitamin və minerallar və onların mənbələri:

- B6 (lobya, qoz, çaytikanı)

- B12 (treska, okun, karp balıqları)

- K (ispanaq, brokkoli, gül kələmi)

- D3 (balıq yağı, yumurta sarısı)

- Fol turşusu (brokkoli, ispanaq, sitrus meyvələri) 

- Omeqa-3 (siyənək, skumbriya, kətan yağı, qoz, avokado)

- kalsium (kəsmik, pendir, qatıq, kefir)

- maqnezium (boranı tumları, küncüt, qarabaşaq, yulaf yarması)

- sink (qarabaşaq, lobya, noxud, araxis)

- selen (braziliya qozu, sarımsaq, şampinyon, qarğıdalı)

- yod (dəniz yosunları, okun və mintay balıqları)

Spirtli içkilər, şəkər və trans-yağlar (marqarin, spred və s. süni yağlar) qocalma prosesləri sürətləndirir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!