Bir gündə nə qədər kalori qəbul etməliyik?

Bir gündə nə qədər kalori qəbul etməliyik?
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 17
Kalori - orqanizmdə gedən bütün proseslər üçün əsas enerji mənbəyi sayılır. Onlar üç əsas növ qida maddələrindən əldə edilir: Zülal, yağvə karbohidratlar. Orqanizmə ziyan vurmamaq, normal bədən çəkisini saxlamaq üçün gündəlik kalori miqdarına nəzarət etmək vacibdir.

 

Artıq
çәkinin әsas sәbәbi ehtiyacınız olandan artıq yemәkdir. Çox qida qәbulu
ürәyә artıq yük verir, hәzm prosesi yavaşlayır vә bağırsaq sistemin
şlaklanmasına gәtirib çıxarır. Günә nә qәdәr qida yeyilmәsini bilmәk
üçün kalori normasını hesablamaq lazımdır.

 

Niyə kiməsə gündə 1500 kalori kifayət etdiyi halda, başqası 2000 kalori qəbul edir?

 

Gündəlik
kalori normasının əsası hissəsi orqanizmdə daxili proseslərin
dəstəklənməsinə sərf olunur. Məlumdur ki, orqanizm bədən dincələn zaman,
məsələn, yuxu zamanı da, müəyyən miqdarda enerji yandırır. Axı orqan və
sistemlərin fəaliyyəti bir an belə dayanmır, bədən qəfəsinin hər
birində daim müxtəlif proseslər baş verir. Hətta gün ərzində qəbul
etdiyimiz kalorinin 20 faizi beynin fəaliyyətinə sərf edilir.

 

Gündəlik kalori qəbulu nə qədər olmalıdır?

 

Bu
sual pəhriz saxlayan, bədən formasına diqqət edən bir çoxlarını
maraqlandırır.  Kişi və qadınlarda gündəlik kalori qəbulu fərqlidir.
Kalori qəbulu yaş, cins, həyat tərzi, xəstəlik, dərman qəbuluna görə
dəyişir.

Bir
qayda olaraq, qadınların gündəlik kalori qəbulu 1200-1500 kaloridir.
Kişilərin gündəlik kalori qəbulu orta hesabla  2300-dür. Amma verilən
rəqəmlər insandan asılı olaraq dəyişir.

 

Kalori
qəbulu ətraf mühitin təsirindən asılı olaraq da dəyişir. Məsələn,
soyuq, şaxtalı havada bədənin enerjisini artırmaq lazımdır, yaz və yayda
isə bu tələbat azalır. Kalori normasını düstur yardımı ilә hesablamaq
olar, orada yaş, cins, çәki vә boy nәzәrә alınır. Bu düsturun yardımı
ilә siz әsas maddә mübadilәsinin (ӘMM) ölçüsünü hesablaya bilərsiniz.

 

Qadınlar üçün ƏMM hesablanma üsulu:

 

10 х çəki (kq) + 6,25 х boy (sm) – 5 х yaş (il) – 161.

 

Kişilərin üçün ƏMM hesablanma üsulu:

 

10 х çəki (kq) + 6,25 х boy (sm) – 5 х yaş (il) + 5.

Yaş
illә, boy santimetirlә, çәki kiloqramla ölçülür. Әvvәl mötәrzәdә
olanları vurun, sonra alınan rәqәmlәri üst-üstә gәlin. Nәticәdә, lazım
olan gündәlik kalorini alacaqsız. Hesablanmış ӘMM ölçüsündә fiziki
aktivliyinizin intensivliyi də nəzərə alınır. Aktivlik artarsa, kalori
miqdarı da  artmalıdır.

 

Orqanizmə
xələl gətirməmək, piylənmədən əziyyət çəkməmək üçün kalori miqdarına
mütləq nəzarət edin. Bu hesablama qarşıya qoyduğunuz məqsədlərə tez
çatmağınıza yardım edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!