Ürəyin sevdiyi qida məhsulları hansılardır?

Ürəyin sevdiyi qida məhsulları hansılardır?
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 13
İnsan
ürəyi cəmi 300 qram olub, kişilərdə qadınlardan bir qədər ağır olur. Öz
sahibinin yaşaması üçün bu kiçik, lakin dahi orqan sutka ərzində 170 l
qan qovur. Əlbəttə işləyən orqana möhkəmlənmək də lazımdır. Ürəyin "sevdiyi” qida məhsulları hansılardır?



Qaragilə

Qaragilə
"ürək ərzaq məhsulları” siyahısına başçılıq edir. O ürək xəstəlikləri
ilə mübarizədə ən faydalı meyvə hesab olunur. Bu meyvə çoxlu miqdarda
antosianinlər-antioksidantlar saxlayır, hansılar ki, qaragiləyə tünd-göy
rəng verir. Bu qiymətli giləmeyvə eyni zamanda liflə (selluloza),
vitamin C ilə də zəngindir. Həm təzə, həm də dondurulmuş vəziyyətdə
faydalı xassələrini itirmir. Qaragilə ürək üçün əvəzedilməz produktdur.



Qızılbalıq

Bu
soyuq su balığı əla zülal mənbəyi olmaqla bərabər, həmçinin ürək üçün
əvəzedilməz olan omega-3 yağ turşuları ilə də zəngindir. Dietoloqlar
qızılbalığı həftədə 2 dəfə yeməyi məsləhət görürlər. Bu balıq təkcə ürək
üçün deyil, bütün orqanizm üçün çox faydalı qida məhsuludur. Bunlarla
yanaşı onun əla dadı da var.



Soya (paxlalılar fəsiləsinin bir nümayəndəsi)

Soyanı
bitki zülalının xəzinəsi hesab edirlər. Bundan başqa o, kalsium, dəmir,
maqnezium, sink, liflər və vitaminlərlə də zəngindir. Bütün bunlar
sağlamlıq üçün, xüsusən ürək üçün çox faydalıdır. Soya zülalı ilə zəngin
dieta qanda triqliseridlərin, xolesterinin miqdarını azaltmaqla
stenokardiya, ürək infarktı, insult kimi xəstəliklərinin qarşısını alır.



Yulaf ("ovsyanka”,”qerkules”)

Yulaf
kaşası uşaqların sağlam inkişaf etməsi üçün çox vacib ərzaqdır. Yulaf-
minerallar, vitaminlər və liflə zəngindir. Yulaf kaşası ilə saxlanılan
dieta ürək xəstəliklərinin profilaktikasında əvəzedilməz rola malikdir.
Bu bir qrup alimlər tərəfindən aparılan tədqiqatlarla da təsdiqlənib.
Yulaf həmçinin həzm sisteminin işini yaxşılaşdırmaqla, bir neçə növ
xərçəngin əmələgəlməsinin qarşısını da almağa qadirdir.



İspanaq

İlk
dəfə ispanağın orqanizmə faydası haqqında məlumat Moryak Popaya
məxsusdur. O ispanağı tərəvəzlər "krallığında” "elektrostansiya”
adlandırmışdır. O minerallar, vitaminlər( xüsusilə fol turşusu və dəmir)
və ürək üçün faydalı fitokimyəvi birləşmələrlə zəngin olub, ürəklə
yanaşı göz üçün də çox qiymətlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!