İlıq su limonla - müalicəvi və profilaktik vasitə

İlıq su limonla - müalicəvi və profilaktik vasitə
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 37
Su insan orqanizminin əsas tərkib hissəsidir. Suyun kifayət miqdarda qəbulu insan sağlamlığı üçün olduqca vacibdir.

Təəssüf
ki, müasir insanların əksər hissəsi, demək olar ki, su içmir. Çay,
qəhvə, müxtəlif qazlı içkilər və s. suyun yerini tutub. Lakin həkimlərin
və alimlərin ümumi fikirinə görə, heç bir ən faydalı içki, heç bir
təbii şirə və s. təmiz içməli suyu əvəz edə bilməz. Su insan orqanizmi
üçün ən faydalı və əvəzolunmaz "məhsullardan" biridir.

Səhər acqarına 1 stəkan ilıq limon şirəsi əlavə olunmuş suyun qəbulu çox gözəl müalicəvi və profilaktik vasitə sayılır.

1
stəkan ilıq suya 1 çay qaşığı limon şirəsi əlavə edin və səhər acqarına
qida qəbulundan 30 dəqiqə əvvəl kiçik qurtumlarla için. Bu çox sadə
vasitə:

- orqanizmi oyadır, tonuslaşdırır, daha gümrah edir, iş qabiliyyətini artırır

- mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır

- qəbizliklə mübarizə edir

- damarları təmizləyir, onların elastikliyini artırır

- mübadilə prosesləri sürətləndirir

- arıqlamağa kömək edir

- beyinin fəaliyyətini yaxşılaşdırır

- oynaqlarda iltihabları azaldır

- dərinin vəziyyətinə müsbət təsir edir

- orqanizmi toksinlərdən və şlaklardan təmizləyir.

Təbii ki, 1 stəkan təmiz su kifayət deyil. Sağlam insan gün ərzində təxminən 2 l təmiz su içməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!