Meyvə şirəsi haqqında bunları bilirsinizmi?

Meyvə şirəsi haqqında bunları bilirsinizmi?
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 17
Güclü immunitet sistemi üçün vitamin, antioksidant və mineralla zəngin meyvə suları için.



Portağal Suyu: Bir
stəkan portağal suyu gündəlik C vitamini ehtiyacını qarşılayır. Kalium,
folat, B1, B2, B6 vitaminləri və müxtəlif mineralları ehtiva edən
portağal suyunun, xərçəng hüceyrələrinin inkişafının qarşısını aldığı və
damarları gücləndirdiyi bilinir.



Ərik Suyu: Bir
stəkan ərik suyu gündəlik A vitamini ehtiyacının 3-də 1-ni qarşılayacaq
dəyərdadir. Ərik, diş xəstəlikləri, şəkər xəstəliyi, ürək xəstəlikləri
və xərçəng kimi xəstəliklərin meydana gəlmə riskini azaldır,
bağırsaqların normal işini təmin edir.



Üzüm Suyu: Üzüm
suyu A, B və C vitaminlərindən zəngin olmaqla bərabər kalium və dəmir
ehtiva edir. Güclü antioksidant xüsusiyyəti sayəsində bədəndə yaranan
sərbəst radikallarla döyüşərək, hüceyrələrdəki köhnəliyi azaldır və
immunitet sisteminin güclənməsini təmin edir.



Şaftalı Suyu: Şaftalı
suyu A və C vitaminindən başqa antioksidant və A vitamini fəaliyyəti
göstərən beta karoten baxımından zəngin bir içkidir. Ehtiva etdiyi diyet
lifləri və antioksidant maddələr, ürək damar sağlamlığının qorunmasında
və xərçəngdən qorunmaqda təsirlidir.



Nar Suyu: Xolesterol
və şəkəri normallaşdıraraq ürək sağlamlığını qoruyan nar suyu xərçəng
hüceyrələrinin inkişafına da maneə törədir. Həmçinin bağırsaq
parazitlərini də salır.



Vişnə Suyu: Qızdırmalı
xəstəliklərə qarşı güclü bir silah olan vişnədə A vitamini və kalium
var. Qandakı turşulaşmağı da təmizləyən vişnə suyu mədə və qaraciyərin
normal işini də təmin edər.



Alma Suyu: Alma
immunitet sistemini gücləndirən B3 və E vitamini və kalium ehtiva edir.
Qan şəkərini idarə edən alma suyu baş ağrısına da yaxşı təsir edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!