Nar şirəsinin faydaları və düzgün qəbulu

Nar şirəsinin faydaları və düzgün qəbulu
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 47
Nar şirəsi çox xeyirli müalicəvi məhsuldur.

Qadınlar.biz xəbər
verir ki, nar şirəsinin tərkibi müxtəlif faydalı maddələrlə olduqca
zəngindir. Burada С, В1, В2, А, Е, РР, orqanik turşular, aminturşuları
və s. kimi xeyirli maddələr var.

-
Nar şirəsi ürək-damar sistemi üçün çox faydalıdır. Nar şirəsi qədim
zamanlardan qanazlığı ilə mübarizədə çox geniş istifadə olunurdu. Bu
şirənin müntəzəm qəbulu həqiqətən qanın tərkibinə müsbət təsir edir.

- Nar şirəsi pektinlərlə zəngindir. Bu maddələr bağırsaqlarda yığılan ziyanlı maddələri xaricə çıxartmağa kömək edir.

Tanin maddələrlə zəngin olan nar şirəsi bağırsaqlara büzücü təsir edir və ishal zamanı yaxşı kömək edir.

-
Nar şirəsi polifenol maddələrlə zəngindir. Bu maddələr orqanizmdə gedən
qocalma və dağılma proseslərlə mübarizə aparır, orqanizmi
cavanlaşdırır.

-
Həkimlərin fikirinə görə, nar şirəsi xərçəng xəstələri üçün çox
faydalıdır. Xüsusi araşdırmalar nəticəsində məlum oldu ki, nar şirəsi
prostat xəsrçəngindən əziyyət çəkən xəstələrin vəziyyətini
yaxşılaşdırır.

Həmçinin nar şirəsi xərçəngin profilaktikası üçün istifadə oluna bilər.

- Nar şirəsi sidikqovucu təsirə malikdir - ödemləri azaldır, təzyiqi tənzimləyir, böyrəkləri təmizləyir.

- Nar şirəsi immun sisteminin fəaliyyətini yaxşılaşdırır, orqanizmi möhkəmləndirir.

-
Həkimlər nar şirəsini yarıbayarı su və ya digər şirələrlə (xüsusilə kök
şirəsi ilə) durulaşdırılmış şəkildə qəbul etmək tövsiyə edirlər. Təmiz
nar şirəsi bağırsaqları "yığır" ki, bu qəbizliyə səbəb ola bilər.
Həmçinin təmiz nar şirəsinin qəbulu bəzi mədə və 12 barmaq bağırsağı
xəstəlikləri, pankreatit zamanı əks-göstərişdir. Təmiz nar şirəsi diş
emalına da mənfi təsir edə bilər.

Təbii nar şirəsini saxlamaq olmaz (hətta soyuducuda), şirəni hazırladıqdan dərhal sonra qəbul etmək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!