Bosqabınızda 5 rəng olmalıdır! Mütəxəssislər tövsiyə edir

Bosqabınızda 5 rəng olmalıdır! Mütəxəssislər tövsiyə edir
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 23
Həkimlərin
fikirinə görə, qidalanma insanın sağlamlığına ən böyük təsir edən
amillərdən biridir. Axı insan hər gün və gündə bir neçə dəfə qida qəbul
edir!

Sağlam
qidalanma sağlamlığın təməlidir. Həkimlərin fikirinə görə, uşaqlıq
vaxtından sağlam qidalanan insan qocalığa qədər sağlamlığını və
aktivliyini saxlaya bilər. Bütün dünyada həkimlər və diyetoloqlar
insanlara sağlam qidalanma prinsiplərini uyğun olaraq qidalanmağı
tövsiyə edirlər.

Müasir diyetoloqların tövsiyələrindən biri qidaların rənginə aiddir. Bu çox asan tövsiyədir.

Diyetoloqlar
hər gün 5 müxtəlif rəngdə olan qidaları qəbul etməyi tövsiyə edirlər.
Məsələn, gün ərzində siz yarma (düyü, qarabaşaq, darı və s. yarmalar),
meyvələr (müxtəlif rəngdə), tərəvəzlər (müxtəlif rəngdə), göyərti, süd
məhsulları yeyə bilərsiniz. Həftədə 1-2 dəfə qırmızı ət (100-150 qr
miqdarında), 2-3 dəfə toyuq əti və ya balıq yeyə bilərsiniz.

Təbii
ki, hər gün eyni rəng toplusu alınmaya bilər - ağ, sarı, qırmızı,
qəhvəyi, yaşıl, narıncı, bənövşəyi, qara rənglər və onların çalarları
növbələşəcək. Rasionunuzda 5 rəngdən artıq ola bilər, lakin bundan az
olmamalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!