Heç yerdə görmədiyiniz 10 meyvə - fotolar

Heç yerdə görmədiyiniz 10 meyvə - fotolar
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 21
Dünyanın ən qəribə 10 meyvəsinin adı açıqlanıb.

 

Fərqli iqlimlərdə yetişən bu meyvələr dadı və xarici görünüşü ilə insanı valeh edir.

Qadınlar.biz bu meyvələri sizə təqdim edir:

1.
Rambutan. Xarici görünüşünə görə su canlısına bənzəyir. Daha çox tropik
iqlimin olduğu yerlərdə yetişir. Çox dadlı və ləzzətli olan, eyni
zamanda çiyələyə bənzəyən Rambutanın qabığı qızaran zaman yetişmiş
sayılır.





2.
Durian. Bu bitki köhnə corab qoxusu verir. Dünyada ən çox iy verən
bitki olan durian 3 kiloqrama qədər böyüyə bilir. Bu meyvə bəzilərinin
sevimlisi ola bildiyi kimi, bəziləri bu meyvənin iyinə belə tab gətirə
bilmirlər. Qabığının rənginə və quruluşuna görə bu meyvəni ananasa da
bənzədirlər.





3.
"Buddanın əli". Bəziləri bu meyvəni "Buddanın əli" limonu, bəziləri isə
"Barmaqlı ağac qovunu" adlandırırlar. Sarı rəngli bu qəribə meyvə xoş
qoxusu ilə diqqət çəkir və Asiyada yetişir. "Buddanın əli" rəndələnərək
salatlarda istifadə edildiyi kimi, balıq yeməklərində limon kimi də
istifadə olunur.





4.
Pitaya. Çəhrayı rəngi ilə diqqət çəkən bu meyvənin çiçəkləri həm armud,
həm də kivi çiçəklərinə bənzəyir. Yüksək antioksidant və liposom
tərkibli bu meyvə lif baxımından da zəngindir.





5.
Akebi. Akebinin hərfi tərcüməsi "mavinin nadir görülən bir tonu"
deməkdir. Şimali Yaponiyada yetişən bu meyvənin içi yeyilir. Meyvənin
ətli hissəsi ilə tumları bir-birindən çətin ayrıldığından bu meyvə tumlu
yeyilir.





6. Qoya (Acı qovun). Bu meyvə üzüm kimi salxımlarda yetişir. Adətən tam yetişməmiş yığılır və təzə və ya bişirilərək yeyilir.





7.
İlan meyvəsi. Bu meyvə palma ağacının bir növündə salxım şəklində
yetişir. Almaya bənzər şirin və azca turş tamı var. İlan meyvəsi təzə və
ya xamır şirniyyatlarının içinə qatılaraq yeyilir. Malayziya
meşələrində bitən bu meyvə meymunların sevimli qidasıdır. Maraqlı cəhəti
isə odur ki, meyvənin tərkibində 13,5 faiz alkoqol var. Buna görə də,
meymunların bu meyvəni yedikdən sonra nə hala gələcəyini təxmin etmək
heç də çətin deyil.





8.
Manqostan. Tenis topundan azca kiçik olan bu meyvə tropik iqlimdə
yetişir. Bənövşəyi qabığın içində ağ rəngli meyvəsi yeyilir. Manqostan
sağlığa faydalı olan içki Xanqo sayəsində məşhurlaşıb.





9.
Ulduz alması. 5-10 santimetr ölçülərində olan bu meyvə bənövşəyi və ya
solğun yaşıl rəngdə olur. Belə adlanmasının səbəbi isə kəsəndə içinin
ulduz şəklində olmasıdır. Tərkibindəki 33 faiz toksiklik dərəcəsinə
görə, qabığı yeyilmir.





10.
Hind ənciri. Çəhrayı və ya sarı rəngli bu meyvə kaktusun üzərində
bitir. Şəkər, jele və araq istehsalında istifadə olunan hind əncirinin
suyu da içilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!