Yumurtanın faydaları

Yumurtanın faydaları
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 58
Məlum
olduğu kimi, yumurta qaraciyər üçün ağır qida sayılır. Xolesterolla
zəngin olduğu üçün çox insan sağlamlığını düşünərək, onu qida
rasionundan tamamilə çıxarıb.

 

Dietoloqlar
isə hər kəsin yumurta yeməsini məsləhət görür. Yalnız şəkərli diabet və
allergiyası olanlar yumurta qəbulunda sərhəd tanımalıdır. Digərləri
üçün isə bu qida qiymətsizdir.

 

Gündə neçə yumurta yemək olar?

Yumurta
asanlıqla həzm edilən qidadır. Yumurtanın ağı insan bədənində 98% tam
həzm olunur. Əzələ kütləsi üçün yemək mütləqdir. Gündə 1 ədəd yumurta
yemək arıqlamağa kömək edir, iştahanı azaldır, tez doydurur.  

 

Yumurtanı
səhərlər yemək daha faydalıdır. Bu, orqanizmin aclıq hormonu olan
qrelinin miqdarına nəzarət etməsinə kömək edir və nəticədə aclıq hissi
duyulmur. İnsan özünü əla hiss edir. 

 

Yumurta vitaminlərlə zəngindir

Tərkibində
çox miqdarda faydalı vitamin daşıyır. 50% A vitamini və 10% D vitamini,
fosfor, sink, yod, retinol, riboflavin, dəmir kimi mineral maddə
tərkiblidir.

 

Hər gün 1 ədəd yumurta yeyirsinizsə, göz sağlığınızdan narahat olmağa dəyməz,

Tərkibindəki lutein antioksidanı göz əzələlərini yaş degenerasiyasından qoruyur, vitamin A isə toyuq korluğundan xilas edir.

 

Yumurta osteoporozdan qoruyur

Qaynadılmış yumurta sümüklərinizin möhkəm olmasının zəmanətidir.

 

Yumurta beyni gücləndirir

Yumurtanın
tərkibində beyin üçün əhəmiyyətli olan xilin maddəsi var. O, yaddaşı
yaxşılaşdırmağa, qıcıqlara qarşı tez reaksiya verməyə, yaradıcı
düşünməyə yardım edir. Beyin fəaliyyəti üçün əvəzolunmazdır.

Uşağın allergiyası yoxdursa, 3 yaşından sonra zehni inkişafı üçün gündə 1 ədəd yumurta yedirin.

 

Yumurta ateroskleroz riskini ortadan qaldırır

Yumurtanın qida rasionuna daxilindən sonra qandakı xolesterol miqdarı artmır.

Yumurtanın tərkibində olan fostfatid maddəsi qan damarlarında ateroskleroz lövhəsinin yaranmamasına kömək edir.

 

Ən
yaxşısı yumurtanı kərə, ya duru yağla bişirmədən qaynadılmış vəziyyətdə
yeməkdir.  Bununla həzmlə bağlı yarana biləcək problemlərin də
qarşısını almış olacaqsız.

 

Diqqət:
Yumurtanın nazik və kövrək qabığı onun keyfiyyətsiz olmasından xəbər
verir. Ancaq qəbul edildiyi kimi yumurtanın rəngi onun keyfiyyətinə heç
dəlalət etmir.

 

Gündə
bir yumurta yemək sağlamlığınızda möcüzə yaradacaq. İndidən öz
qeydinizə qalın ki, gələcəkdə sağlam, çiçəklənən insan olasınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!