Menstrual dövrdə yeyilməsi faydalı olan qidalar

Menstrual dövrdə yeyilməsi faydalı olan qidalar
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 29
Menstrual
dövrdə müşahidə olunan stressi və ağrıları azaltmaq üçün şokolad yerinə
aşağıdakı qidalara üstünlük versəniz, bu dövrü daha rahat keçirə
bilməyinizə faydalı olar.



Balıq, toyuq:

Bədəndə dəmir itkisi olacağı üçün balıq, toyuq kimi qidalar qəbul edərək dəmir səviyyəsini yüksək tutmaq önəmlidir.

Taxıl:

Taxıllar
qadınlarda estrogen səviyyələrini tənzimləyir. Tərkibindəki liflər qan
şəkərindəki qeyri-tarazlıqların qarşısının alınmasında yardımçı olur.

A vitamini:

Kartof,
ispanaq, kök kimi qidaların tərkibində olan A vitamini yağlı dərini
nizamlayaraq civzələrin əmələ gəlməsinin qarşısını alır.

C vitamini:

Meyvələrin
tərkibində olan C vitamininin stress səviyyəsini nizamlayaraq ruh
halını yaxşılaşdırdığı qeyd edilir. Bu da menstrual dövrdən əvvəlki
stressi azaldır.

B6 vitamini:

Qanda
hemoqlobinin yaranmasını təmin edir və sinir sisteminin nizamli
fəaliyyətinə yardımçı olur. Qoz-fındıq, yumurta, yulaf kimi qidaların
tərkibində vardır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!