Hansı məhsullar sellülitin yaranmasına səbəb olur?

Hansı məhsullar sellülitin yaranmasına səbəb olur?
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 19
Bütün
qadınlar mükəmməl bədənə sahib olmaq istəyirlər. Problemli zonalardan
biri də ombalar olur – axı ən çox (əksər hallarda) məhz orada ilk
növbədə artıq kiloqramlar və sellülit təzahürləri gözə çarpır.

 

Amma hər şey elə də qorxulu deyil, "portağal qabığından" qaçmaq üçün, rasiondan sellülitin yaranmasına səbəb olan bəzi məhsulları çıxarmaq kifayətdir. Hansı məhsulları?

Kofein

Əksəriyyətimiz
səhəri qəhvəylə başlayırıq, çoxlarını isə bu dadlı, gümrahlandırıcı
içki bütün gün ərzində "müşayiət edir". Problem ondadır ki, qəhvəni gün
ərzində 1 fincandan artıq istifadə etdikdə qan dövranını aşağı salır, bu
da piylənməyə səbəb olur. Kofeini yalnız kiçik dozalarda istifadə etmək
əlverişlidir ki, qan dövranına və metobolizmə müsbət təsir etsin. Əgər
siz sellülitlə mübarizə aparmaq istəyirsinizsə, qəhvədən tam imtina
edib, onu təbii çaylarla əvəz edin.

Şəkər

80
q şəkər qəbul etmək kifayətdir ki, qadın orqanizmində azad radikalların
sayı demək olar ki, bir yarım dəfə böyüsün. Buna görə arteriyaların və
damarların divarları öz elastikliyini itirir, qan dövranı ilə sellülit
əmələ gəlməyə başlayır. Bundan başqa, şəkər istəyini gücləndirir, məhz
bu maddənin bolluğu "portağal qabığı" effektinə təsir edir.

Alkoqol

Əgər
siz sellülitin "xoşbəxt sahibəsi" olmaq istəmirsinizsə, unutmayın:
alkoqolun cəmi bir qədəhi kifayətdir ki, qanda yağların miqdarı artsın
və qan dövranı yavaşısın. Bundan başqa, spirtli içkilər orqanizmdə
estrogenin səviyyəsini artırır və vitaminləri mənimsəməkdən məhrum edir.
Buna görə əgər siz sellülitdən qurtulmağa qərar verdinizsə, pivə,
şərab, viski və başqa spirtli içkilərdən sui-istifadə etmək lazım deyil.

Buğda unu tərkibli məhsullar

Lektin – orqanizm üçün zəhərli olan təbii
mənşəli maddədir. O, buğdada olur və qida allergiyasını yarada bilər.
Əgər siz sellülitin yaranmasını istəmirsizsə, tərkibində buğda unu olan
məhsullardan çəkinməlisiz. Xatırlayın ki, indi onu çox məhsullara əlavə
edirlər – məsələn, souslar, sosiskalar, bulyon kubları və sair.

Təmizlənmiş karbohidratlar

Yarmalar,
çörək, makaronlar – karbohidratların mənbəyi olan bu məhsullar, şəkərin
səviyyəsini və orqanizmdə qlükozanı artırırlar. Həmçinin bu məhsullar
insulinə həssaslığı azalda bilər və yağların yığılmasına səbəb olur. Əgər siz gözəl qamətli olmağa çalışırsınızsa, rasionunuzda belə qidaların miqdarını aşağı salmalısız. 

Sellülitin yaranmasına səbəb olan 10 məhsul

Sellülitin əmələ gəlməsindən qorunmaq üçün və ya onun təzahürlərini azaltmaq üçün, rasionunuzdan bu məhsulları çıxarmaq lazımdır:

1. şokolad

2. vetçina

3. mayonez

4. kolbasa

5. duz

6. konfetlər

7. yağlı ət

8. banan

9. pivə

10. çörək-bulka məmulatları

Sellülitə qalib gələn 13 məhsul

Bu məhsullar sizə "portağal qabığı"nın yaranmasının qarşısını almağa kömək edəcək:

1. badam (həftədə iki dəfə istifadə etmək lazımdır)

2. soyutma yumurtalar (qızartmaları rasiondan çıxarmaq lazımdır)

3. təzə cəfəri

4. qreypfrut və başqa sitrus meyvələr

5. ananas (150 q, həftədə ən çox 3 dəfə)

6. kök (istənilən növdə və miqdarda)

7. yağsız süd məhsulları

8. balıq

9. şəkərsiz müsli (30 q həftədə iki dəfə)

10. qabıqlı paxla

11. kələm – brüssel, ağ, brokkoli, rəngli

12. bolqar istiotu (ən çox həftədə 300 q)

13. təmizlənmiş içməli su

Qidalanmanın bu rasionuna riayət edərək sellülitlə mübarizə apara bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!