Bu qidalardan uzaq olun

Bu qidalardan uzaq olun
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 10
Qida mütəxəssisləri xəbərdarlıq edir



Bildiyiniz
kimi, hər qidanın orqanizmə özünə məxsus xeyri var. Bəziləri beynin
fəaliyyətini yaxşılaşdırır, bəziləri yaddaşa kömək edir və s. Digər
tərəfdən isə bəzi qidaların qəbulu beynin funksional fəaliyyətinə
birbaşa mənfi təsir göstərir. Bunlar aşağıdakılardır:



1. Şəkərli məhsullar

Şəkər
və şəkərli məhsullar bir sıra nevroloji problemlər yaradır. Ona görə də
qənnadı və un məmulatları, şəkər, qarğıdalı siropu (qlukoza siropu) və
fruktoza tərkibli məhsullardan uzaq olun.

 

2. Spirtli içkilər

Spirtli
içkilər uzun müddət tükəndikcə qara ciyəri sıradan çıxarır və hətta,
beyin dumanlanması deyilən sindrom yaradır. Alkoqol beynin balansına
mənfi təsir göstərir.

 

3. Hazır qidalar (fast-food)

Araşdırma
zamanı məlum olub ki, hazır qidalar beyindəki kimyəvi proseslərin
dəyişməsinə səbəb olur. Bu da depressiya və əsəbilik yaradır. Ümumi
əhval-ruhiyyə mənfi təsir edir.



4. Qızartma

Demək
olar ki, bütün yarım fabrikatların hazırlamasında kimyəvi maddələr,
rəngləndirici, qoruyucu və dad əmələ gətirən maddələrdən istifadə olunur
ki, bu da həm uşaqlar, həm də böyüklərdə hiperaktivlik yaradır.
Qızardılmış və ya yarım fabrikatlar beyindəki əsəb hüceyrələrini
tədricən məhv edir. Lakin, bəzi yağlar daha təhlükəlidi. Günəbaxan yağı
ən toksik yağlardan biri hesab olunur.

 

5. Qızardılmış
məhsullar kimi, yarım fabrikat mallar da mərkəzi sinir sisteminə mənfi
təsir edir və sonradan, hətta Alzheimer xəstəliyinə tutulma riskini
artırır.

 

6. Çox duzlu yeməklər

Hamı
bilir ki, duzlu yeməklər qan təzyiqinə mənfi təsir edir, və bu da urəyə
çox ziyandır. Araşdırmalara görə, duzlu qidalar həm idrak funskiyasını,
həm də düşünmə qabiliyyətini korlayır.

 

7. 100% taxıldan başqa, bütün dənli bitkilər ümimilikdə sağlamlığa ziyandır.

 

8. Bişmiş proteinlər

Protein
bədənin ümimi funksionallığı üçün çox vacibdir. Ən çox protein ətdədir,
lakin sosiska, salami, kolbasa və bu kimi məhsullaran uzaq durun.
Rasionunuzdan tunes, qızıl balıq, süd məhsulları və qoz-fındıq yeyin.



9. Trans yağdan uzaq durun

Trans yağlar bir çox problemlər yaradır. İnfarkt riskini artırır.

 

10. Süni şirinləşdirici

İnsanlar
süni şirinləşdiricilərdən arıqlamaq üçün istifadə edirlər. Lakin qeyd
etmək lazımdır ki, bu maddınin xeyrindən çox zərəri vardır. Kalorisi az
olsa da mütəmadi istifadə zamanı beynin fəaliyyətinə zərbə vurur.

 

11. Nikotin

Nikotinin gətirdiyi bəlalar: erkən yaşlanma, təngnəfəslik, ağ ciyər xərçəngi və beynin fəaliyyətinin pozulması.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!