Meyvə quruları

Meyvə quruları
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 20
Hal hazırda payız və qış aylarında supermarketlərdə istənilən meyvələri almaq mümkündür.

Lakin
həkimlər bu meyvələri yemək tövsiyə etmirlər. Məsələ burasındadır ki,
bu meyvələrin bir çoxusu uzaq cənub ölkələrdən gətirilir, kal şəkildə
yığılır, yaxşı saxlanılması üçün müxtəlif konservantlar və digər kimyəvi
maddələrlə işlənilir (məhz bu səbəbdən onlar xarab olmur, onlara qurd
düşmür). Bütün bunlar isə bu meyvələri insan orqanizmi üçün xeyirli yox,
ziyanlı edir.

Qış aylarında lazım olan vitamin və mikroelementləri quru meyvələrdən almaq mümkündür.Quru meyvələrdə bütün faydalı vitamin və mikroelementlər saxlanılır.

Qara
gavalı qurusu ən faydalı quru meyvələrdən biri sayılır. İlk növbədə
qara gavalı həzm sistemin fəaliyyətini yaxşılaşdırır, qəbizlikdən azad
edir. Qəbizlikdən əziyyət çəkən insanlar bu reseptdən istifadə edə
bilərlər: axşamdan 5 dənə qara gavalı qurusu üzərinə 1 stəkan qaynar su
əlavə edin və səhərə kimi saxlayın. Səhər acqarına alınmış şirəni için
və gavalıları yeyin. Bu sadə vasitə bağırsaqlara "saat kimi" işləməyə
kömək edəcək.

Bişmiş
çuğundurla qara gavalı salatı da bağırsaqları çox yaxşı işlədir və
bundan əlavə orada yığılmış  toksin, şlaklar və digər ziyanlı maddələri
çölə çıxardır.

Bundan
əlavə qara gavalı qurusu maddələr mübadiləsi proseslərinə müsbət təsir
edir,  ürək, qara ciyər, böyrəklər üçün xeyirlidir, görmə qabiliyyətini
yaxşılaşdırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!