Uşaqlarda piylənmə epidemiyasına qarşı mübarizə güclənir

Uşaqlarda piylənmə epidemiyasına qarşı mübarizə güclənir
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 26
Dünya Səhiyyə Təşkilatının uşaq piylənməsinin aradan qaldırılması üzrə komissiyası yekun məruzəsini təqdim edib.



Burada problemin miqyası və onun aradan qaldırılma yolları göstərilib.

Məruzədə
hazırda 5 yaşınadək ən azı 41 milyon uşağın artıq çəkidən əziyyət
çəkdiyi vurğulanır. Bu, gələcəkdə diabet və ürək-damar xəstəliklərinin
inkişafı təhlükəsini yaradır.

Statistika
göstərir ki, 1990-2014-cü illərdə inkişaf etməkdə olan ölkələrdə artıq
çəkili uşaqların sayı iki dəfə (7,5 milyon əvəzinə 15,5 milyon) çoxalıb.
2014-cü ildə tosqun uşaqların yarısı Asiya, 25 faizi isə Afrika
dövlətlərinin əhalisinə aid olub.

Komissiya
üzvlərinin fikrincə, fiziki fəallığın olmaması, qida rasionunda yağ,
şəkər və duzun çoxluğu uşaqlarda piylənmənin yayılmasında əsas
faktorlardır.

Komissiyanın
həmsədri Piter Qlakmen bildirib ki, hər bir dövlət uşaq piylənməsi
problemini nəzarətə götürməli, müntəzəm olaraq onun aradan qaldırılması
istiqamətində tədbirlər həyata keçirməlidir. Komissiyanın əsas
tövsiyələrindən biri uşaqlar arasında sağlam qidalanmaya dair kompleks
proqramın həyata keçirilməsidir. Bu məqsədi qarşısına qoyan dövlətlər
müxtəlif strategiyalardan istifadə edə bilər. Məsələn, tərkibində az
miqdarda şəkər olan ərzaq məhsulları istehsal edən firmalar üçün vergini
azaltmaq olar. Uşaq təhsil müəssisələrində bədən tərbiyəsinə ayrılan
dərs saatlarını artırmaqla sağlam həyat tərzini təbliğ etmək də yerinə
düşərdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!