Soyuducuda 5 növ ərzağı saxlamaq olmaz

Soyuducuda 5 növ ərzağı saxlamaq olmaz
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 20
Soyuducuda aşağı temperatur ərzaq məhsullarında bakteriyaların inkişafı və artmasının qarşısını alır.



Lakin,
hər cür qidaları da soyuducuda saxlamaq düzgün deyil. Bir sıra ərzaqlar
üçün soyuducuda yer yoxdur. Məsələn, konservlər və dəmir bankalarda
açıq şəkildə olan ərzaqlar. Çünki, dəmirdən hazırlanmış qablardakı
aliminium ionları ərzağın tərkibinə nüfuz etməklə sonradan orqanizmə
daxil olur. Ona görə də, yeyilməmiş ərzaq konserv şüşə və plastik qabda
soyuducuya qoyulmalıdır. Hətta, şüşə qabda soyuducuya qoyulmuş bu ərzağı
da uzun müddət saxlamaq olmaz.

 

Meyvə və tərəvəzlər.

Alma,
balqabaq, badımcan, qovun, xiyar, soğan, sarımsaq və digər
meyvə-tərəvəz soyuducuda aşağı temperaturun təsiri ilə tezliklə xarab
ola bilər. Ən yaxşı halda otaq temperaturunda nəmişlikdən və günəş
şüalarından qorunmaqla saxlanılmalıdır.



Süd

Təbii
ki, butulkada olan açılmamış süd soyuducuda saxlanılmalıdır. Əgər, o
açılıbsa, yəqin ki hansısa mikrobla təması olub. Bu cür südü bir neçə
gündən sonra soyuducudan götürüb, içmək təhlükəlidir. Ona görə də, açıq
südü soyuducuda saxlamaq məsləhər deyil.

 

Çörək

Çörəyi
soyuducuda saxlamaq mənasızdır. Başqa qoxuları özünə çəkməsin deyə,
çörəyi yaxşı paketləşdirib soyuducunun buzxanasına qoymaq mümkündür.

 

Dərmanlar

Əgər,
bu dərmanların təlimatında yazılıbsa, onları soyuducuya qoymaq olar.
Əgər, təlimatda quru, sərin yerdə saxlamaq sözü varsa, onu hökmən şkafda
saxlamaq gərəkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!