Bu 8 meyvəni yeyin

Bu 8 meyvəni yeyin
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 18
Hər
bir meyvəni və tərəvəzi öz mövsümündə yemək daha məsləhətlidir. Bu
sıradan qış meyvələrinin yeyilməsi sağlamlıq baxımından çox yararlıdır.
Aile.lent.az qışda şəfalı olan 8 meyvə haqqında məlumatı təqdim edir.

 

Armud

Sulu
və şirin meyvə olan armud yeməkdən əvvəl yeyilməlidir. Zəngin karoten
tərkibi səbəbindən sarı və yaşıl rəngə malikdir. A, B1, B2, B3, B6 və C
vitamini ilə zəngindir. Qabıqlı yeyilməsi bağırsaq sağlamlığı baxımından
çox faydalıdır. Qəbzliyi müalicə etmək üçün tez-tez yeyilməsi
məsləhətdir. Qandakı törəmə turşusu və törəmə duzları xaricə ataraq
böyrəklərin nizamlı işləməsini təmin edir. Armud soyutma təsiri ilə
qızdırmanı salmaq qabiliyyətinə malikdir. Bir böyük stəkan armud suyu
içmək qızdırmanı salmaqda təsirli ola bilər. Armuddakı antioksidant
elementlər immunitet sistemini gücləndirir. Hər hansı soyuqdəymə
narahatlığı hiss etdikdə armud suyu için. Armud suyunun iltihab əleyhinə
təsiri var. Müxtəlif iltihab xəstəlikləri zamanı ağrını azaltmaq üçün
istifadə edilir. armudda yüksək miqdarda bor elementi var. Bor bədəndə
kalsiumu qoruyur, osteoporozun qarşısını alır və ya gecikdirir.

 

Heyva

Heyva
xüsusən də qışda üşüyüb xəstələndikdə ilk köməyə gələn meyvədir.
Ağciyər vərəminə və ağız yaralarına yaxşı təsir edir. Gümrahlıq verir.
Heyva dənələri sıx pektin ehtiva etdiyi üçün ishalın qarşısını almaq
üçün qaynadılıb suyu içilə bilər. Bronxit, xronik öskürək və vərəm
müalicəsində istifadə edilir. Heyva damar sərtliyinə, qaraciyərin zəif
işləməsinə yaxşı təsir edir, təzyiqi aşağı salır, öd kisəsinin işini
nizamlayır. Heyva yarpaqlarını qaynadıb çay kimi içmək ürək ağrılarına
yaxşı təsir edir, çünki sakitləşdirici xüsusiyyətə malikdir.

 

Alma

A
və C vitamini bol olan almanın həll edilən və edilməyən lif tərkibli
olması həm ishal, həm də qəbzlik müalicəsində ondan istifadə etməyə
imkan verir. Sütun xərçəngindən qorunmaq üçün tez-tez yeyilə bilər.
İmmunitet sistemini gücləndirir, həzmi asanlaşdırır. Xolesterola yaxşı
təsir edir. Ətri rahatlandırcı təsirə malikdir və qan təzyiqini aşağı
salır. Artrit, revmatizm və podaqra xəstəliklərinə qarşı xeyirlidir.   

 

Qreypfrut

C
vitamini baxımından zəngin olan qreypfrut immunitet sistemi üçün
yararlıdır. Lakin dərman istifadə edirsinizsə, diqqətli olmağınız
məsləhətdir. Nikatinin bədəndən xaric edilməsi və siqaret çəkmək
istəyini azaldır. Qreypfrutdakı həll edilə bilən lif xolesterolun aşağı
salınması üçün xeyirlidir. Aparılan yeni təcrübələr qreypfrut suyunda
yüksək miqdarda olan naringin və naringenin adlı flavonoidlərin ağız
xərçənginin yaranmasının qarşısını aldığını sübut edib. Qreypfrut
insulin hormonunu təzyiq altına salır və insanda yemək hissini azaldır.
Qreypfrutla çəki itirmək immunitet sisteminə təsir etmir. Üstəlik, həzm
sisteminin sağlam işləməsində faydalıdır. Tərkibindəki yüksək lif
qəbzliyin qarşısını alır.

 

Kivi

C
vitamini deposu olan kivi infeksiyalarla mübarizə etmək və dəri
qurumasının qarşısını almaq üçün faydalıdır. Kivi immunitet sistemini
gücləndirir. Kivi antioksidant təsiri ilə xərçəngə riskini azaldır.
Xüsusən də qadınlarda menopauzadan sonra müşahidə edilən döş xərçəngi
riskini azaldır.

 

Naringi 

Naringi
C vitamini tərkibi ilə xüsusən qış aylarında soyuqdəymə, sətəlcəm və
qripə qarşı müdafiə mexanizmini gücləndirir. Yüksək miqdarda olan
potasium tərkibli olması yüksək təzyiqi aşağı salır. Ağ lifləri çox
faydalıdır. Potasiumla zəngindir. Ürək xəstəliyi olanlar mütləq
yeməlidirlər. Naringi soyulduqdan sonra mütləq yeyilməlidir.

 

Nar

Nar
immunitet sistemini gücləndirdiyi üçün tez-tez yeyilməlidir. Fol
turşusu, A və C vitamin tərkiblidir. Bundan başqa, selenium, maqnezium,
fosfor kimi minerallarla zəngin olduğu üçün halsızlıq hiss etdikdə
yeyilə bilər. Nar, xüsusən də tərkibindəki antioksidant sayəsində
bədənin müdafiə sistemini gücləndirir. Aparılan araşdırmalarda nar
suyunun dəri xərçənginə və kişilərdə prostat xərçənginə qarşı qoruyucu
təsirə malik olması sübut edilib. Qış mövsümündə portağal, narngi və
limonla bərabər narı da təzə formada və ya suyunu sıxaraq yeyən
insanlarda xəstəliyə yaxalanma riski azalır.

 

Portağal

C
vitamini və fol turşusu qaynağı olan portağal immunitet sistemini
gücləndirir və qan azlığına yaxşı təsir edir. Qızdırma salma, iştah
açma, qanı duruldan, həzmi asanlaşdıran, spazmın qarşısını alan, öd
sökdürücü, yuxu gətirən və qurd salma qabiliyyəti var.      скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!