Hansı çörək nəyə faydalıdır?

Hansı çörək nəyə faydalıdır?
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 9
Yüz illərdir ki, dünyada ən çox istifadə edilən qida çörəkdir. Odur ki, çörəyin çoxlu çeşidləri var.

Ancaq
son illər diyetoloqlar çörəyin kökəlməyə səbəb olduğunu dediklərindən,
ondan imtina edənlərin sayı artmağa başlayıb. Lakin həkimlər bildirirlər
ki, çörək nəinki kökəltmir, əksinə, sağlamlıq üçün faydalıdır.



Bəs hansı çörək növü daha faydalıdır?



Çovdar çörəyi

Digər
çörək növləri ilə müqayisədə daha az karbohidrat ethiva edir.
Tərkibində yüksək miqdarda zülal var. İnsanı uzun müddət tox saxlayır və
enerji verir. Ona görə də arıqlamağa kömək edir.



Bütöv dənli buğdadan hazırlanan çörək

Belə
çörək keyfiyyətli lif qaynağı hesab edilir. Həzmi yavaşladaraq bədəni
uzun müddət enerji ilə təmin edir. Həmçinin qandakı şəkərin miqdarını
sabit saxlayır. Vitamin və minerallarla zəngindir.



Kəpəkli çörək

Tərkibində
bol miqdarda vitamin və zülal var. Bağırsaqların işini asanlaşdırır.
Bağırsaq xərçənginə yaxalanmaq riskini azaldır. Ehtiva etdiyi lif
sayəsində həzmə kömək edir.



Ağ çörək

Bütün
həkimlər deyirlər ki, sağlam qalmaq üçün əsas qayda 3 ağ qidadan uzaq
durmaqdır. Bunlar - şəkər tozu, duz və əla növ undur. Əla növ unda qida
maddələri və vitamin dəyəri az olur. Belə çörəyin tərkibində qlüten,
nişasta və şəkər olduğu üçün sağlamlığa zərərlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!