Meyvə qurusunun faydaları

Meyvə qurusunun faydaları
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 45
Bu meyvə quruları sadaladıqlarımızdan da daha çox dərdə dəvadır 



Xərçəngdən təzyiqə, qan azlığından göz yorğunluğuna kimi xəstəliklərə gözəl təsir edən meyvə qurularının faydaları… 



Qaysı qurusu 

Həzm
problemlərinə yaxşı təsir edir. Stressin və qan azlığının qarşısını
alır. Tərkibindəki A vitamini cild pozğunluqlarının müalicəsində də son
dərəcə təsirlidir. Gündə 5 qaysı qurusu yemək tərkibindəki kalium
sayəsində ürək əzələlərinin və sinirlərinin inkişafı üçün vacibdir. 



Üzüm qurusu 

Gözəl
bir enerji qaynağıdır. Bəlğəm gətirici təsiri ilə bir çox xəstələrə
tövsiyyə edilir. Gündə 10 ədəd yeyildiyində təzyiqi düşürtmə
qabiliyyətinə malikdir. Həmçinin iltihablara qarşı orqanizmi də
gücləndirir. 



Xurma qurusu 

Antioksidant
tərkibi ilə orqanizmi gücləndirir və xərçəngə qarşı qoruyucu təsir
göstərir. Cild gözəlliyi və sağlamlığın qorunmasında böyük rol oynayır.
Yüksək fibrin tərkibi ilə həzm sisteminə yaxşı təsir edir. B1, B2
vitaminləri ilə sinir sistemini qoruyur, beynin funksiyasını nizama
salır. 



Alma qurusu 

Xüsusilə
qatıqla yeyildiyində zəhərli ishal növlərində çox güclü təsiri vardır.
Lifli özəlliyi sayəsində insanı tox tutar. Gözlərinizi yoran bir işdə
işləyirsinizsə hər gün bir ovuc alma qurusu yemək faydalıdır. 



Tut qurusu 

Gözəl
qan gətirici və qızdırma salan xusisiyyəti olaraq yüz illərdir istifadə
olunan tut qurusu həm də vitamin deposudur. Gündə bir ovuc yeyərək
özünüzü daha gümrah və enerjili hiss edə bilərsiniz. Ayrıca tut qurusu
ağız qoxusunu da yox edər. 



Ərik qurusu 

Ərik
qurusu B1, B2, B3, B6, A, C və E vitaminləri ilə zəngindir. Xərçəng və
yaşlanmaya qarşı qoruyucu təsiri vardır. Tərkibindəki zəngin kalium və
maqnezium ilə təzyiq, qaraciyər, ürək, böyrək və revmatizma
xəstəliklərinə gözəl təsir edir. 



Əncir qurusu 

Yağ,
soda, xolesterol olmayan və yüksək lifli meyvə olması arıqlamaq üçün
köməkçi vasitədir. Tərkibindəki proteinin miqdarı aşağı, sintezində
istifadə olunan aminoasid ilə zəngindir. Bu səbəblə hüceyrələrin
inkişafından əsas rol oynayır. Boğaz ağrısı və brontix xəstəliklərində
faydalıdır. Vücudun yenilənməsində böyük əhəmiyyəti var.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!