Kələmi çox yemək hansı xəstəliyə səbəb olur?

Kələmi çox yemək hansı xəstəliyə səbəb olur?
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 37
Dünyanın nüfuzlu həkimləri insan sağlamlığı üçün ən faydalı 3 tərəvəzdən birinin kələm olduğunu bildirirlər.

 

İstər
kələm dolması yeyin, istər kələmli salat, istərsə də, kələm turşusu…
Kələmdən hazırlanan hər yemək orqanizm üçün faydalıdır. Araşdırmalar ağ
kələmin xərçəngdən ürək xəstəliklərinə, öskürəkdən immunitet sistemini
gücləndirməyə və mədə xəstəliklərinə kimi bir çox problemin həllində
effektli olduğunu göstərib.

 


kələm ət və süd məhsullarındakı qida dəyərinə sahib olduğu üçün
vegetarian qidalanma tərzinə də uyğundur. Kələm lif və su sayəsində
toxluq hissi yaradır və arıqlamağa kömək edir. Antioksidantlarla zəngin
olan bu faydalı tərəvəzin 100 qramı sadəcə 25 kaloridir. Həm də qəbul
edilən yağ və xolesterinin bağırsaqlardan asanlıqla atılmasını təmin
edir.

 

Kələmin faydaları bununla da bitmir. Ağ kələm detoks effekti verərək orqanizmi bütün zərərli maddələrdən təmizləyir.

 

Ancaq
ağ kələmdən həddən artıq istifadə etmək məsləhət deyil. Çünki həddən
artıq kələm yemək zob xəstəliyinə səbəb ola bilər. Həftədə iki dəfə
kələm yesəniz, kifayətdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!