Beyinə ziyan vuran beşlik

Beyinə ziyan vuran beşlik
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 23
Son illər insanlar mütəmadi olaraq yaddaş problemləri ilə qarşılaşır.

 

Həmişə iti zehnə sahib olmaq istəyirsinizsə, onda qida rasionundan beyin fəaliyyətini dayandıran məhsulları çıxarın.

 

Duz

Əgər qanda natriumun miqdarı normadan artıqdırsa, sinir impulsları pozulur, bu da beynin işinə mənfi təsir göstərir.

 

Şəkər

Şəkər
istehlakı bədən quruluşunu korlamaqla yanaşı, beynə zərər vurur. Diqqət
çatışmazlığı sindromuna, unutqanlıq və diqqət pozğunluğuna səbəb olur.

 

Heyvan piyləri

Heyvan
piylərində çoxlu xolesterin var. Heyvan yağlarının həddindən artıq
istehlakı zehni inkişafa təsir edir. Donuz piyləri damarların tıxanması
və beyin qan dövranının pozulması ilə nəticələnir.

 

Suxarı və cipsilər

Beyni
həddən artıq  zəhərləyir. Uşaqlar bu cür xırçıldayan qidaları çox
sevir. Halbuki bunlar beynin işini ağırlaşdırır və zehni qabiliyyəti
azaldır. Ayıq olun və uşaqlarınızı onlardan uzaq tutmağa çalışın!

 

Alkoqol

Alkoqolun beynə verdiyi mənfi təsiri danılmazdır. Alkoqolun az dozada qəbulu da beynin normal  fəaliyyətinə mane olur.

 

Qeyd:
Əlbəttə, həddi aşmadıqca adı çəkilən məhsullar beynə ciddi ziyan
verməz. İntellekt və zehninizin inkişafı üçün çoxlu kitab oxuyun,
maraqlı insanlarla ünsiyyət saxlayın, məntiq testləri həll edin, idmanla
məşğul olun və açıq havada daha çox olun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!