Bu qidalar təhlükə riskini azaldır

Bu qidalar təhlükə riskini azaldır
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 15
Altsheymer xəstəliyi - baş beyinin, əsasən gicgah və parental payın, atrofiyası nəticəsində yaranan qocalıq kəmağıllığının bir növüdür.

Bu ağır
xəstəliyin müalicəsi yoxdur. Xəstəliyin gecikmiş mərhələlərində xəstə
ətrafdakıları tanımır, hətta öz adını və kim olduğunu unudur, elementar
bacarıqları (yemək yemək, paltar geyinmək və s.) itirir.

Raşa Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, balıq və dəniz məhsullarının (krevet, kalmar, dəniz yosunları və s.) qəbulu
bu ağır xəstəliyin inkişafı riskini xeyli azaldır. Alimlər həmçinin
qeyd edirlər ki, balıq yağı prepartalarının qəbulu bu riski azaltmır.

MedicalDaily
xəbər verir ki, alimlər 2004-2013-cü illərdə dünyasını dəyişmiş yaşlı
insanların beyin toxumalarını analiz ediblər. Analiz göstərib ki,
həftədə heç olmasa 1 dəfə balıq və dəniz məhsullarını yeyən insanların
bu məhsulları yeməyən insanlarla müqayisədə beyin toxumasında Altsheymer
xəstəliyinə işarə edən dəyişikliklərə daha az rast gəlinirdi.

Alimlər belə
hesab edirlər ki, Altsheymer xəstəliyinin riskini azaltmaq üçün insan
həftədə ən azı 2 dəfə balıq və dəniz məhsullarını yeməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!