Xərçəngin qarşısını alan 10 qida

Xərçəngin qarşısını alan 10 qida
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 22
Xərçəngin qarşısını alan qidaların möcüzəli gücündən yararlanmaq
lazımdır. Xərçəngdən qoruyan qidalar haqqında məsləhətləri təqdim
edirik.
Soya lobyası

Bir çox xəstəlikdə olduğu kimi xərçəngdən qorunmaq üçün də düzgün
qidalarla sağlam və nizamlı qidalanmaq vacib rol oynayır. Xərçəngə qarşı
qidalara isə soya lobyası başçılıq edir. Xüsusən də estrogen hormonuna
olan təsiri ilə sidik kisəsi xərçənginin qarşısını almaq gücünə
malikdir. Yapon alimləri sübut edib ki, soya əsaslı zülal yeyən
kişilərin mədə xərçənginə tutulma riski daha aşağıdır. Lakin döş
xərçəngi olan insanlar estrogen təsirli olduğu üçün soyadan uzaq
durmalıdırlar.



Üzüm

Xərçəng hüceyrələrinin toksin təsirini məhv etdiyi üçün
böyümələrinə mane olan üzüm, sağlam hüceyrələrin də qorunmasını təmin
edir. Bir çox araşdırmalar üzüm çəyirdəyinin xərçəng növlərinə qarşı
qoruyucu təsiri olduğunu sübut edib. Üzüm dəri və döş xərçəngi riskini
azaltmaq üçün çox faydalıdır.



Yaşıl çay

Polifenol tərkibli yaşıl çay xüsusən xərçəngə qarşı qoruyucu təsiri
ilə məşhurdur. Yaşıl çayın mədə və bağırsaq xərçənginə qarşı müsbət
təsiri hər kəs məlumdur. Xərçəng böyümələrinin yavaşlanması və
yayılmasına olduqca yaxşı təsir edən tərəfləri də sübut edilib.

 

Brokoli

Brokoli çiy yeyildiyi zaman acı dad versə də, bu dadın xərçəngə
qarşı qoruyucu təsiri var. Sütun və prostat xərçəngi riskini azaldır.

 

Balıq

Somon, sardalya kimi bir çox balıq növlərində olan Omega 3 göz və
beyin hüceyrələrinin qorunması üçün təsirli gücə malikdir. Bir çox
araşdırmalar döş, prostat və bağırsaq xərçənglərinə qarşı qoruyucu təsir
göstərdiyini də sübut edib.

 

Soğan-sarmısaq

Soğan tərkibində olan "organosulfur” ilə birlikdə bir çox xərçəng
növünə qarşı qoruyucu təsirə malikdir. Soğan qədər sarımsaq da təsirli
qidadır. Tərkibindəki A və C vitaminləri və az miqdarda olan kalsium,
potasium, kükürd və sink kimi mineralları sayəsində sarımsaq dəri,
sütun, ağciyər xərçəngi və leykoza qarşı qoruyucu təsirə malikdir.

 

Naringi

C vitamini tərkibli olan naringi antioksidan təsiri ilə xərçəngə
qarşı qoruyucu gücə malik qidadır. Gündə iki dənə yeyilən naringi
xərçəngin qarşısını ala bilər.



Limon

Yüksək antioksidan tərkibi olan limon qabığı nazik soyulub
yeyildikdə xərçəngə qarşı qoruyucu gücünü daha çox nümayiş etdirir.
Xüsusən də qaraciyər, ağciyər, mədə və dəri xərçənginə qarşı qoruyucu
təsir göstərərək döş və pankreas vəzi xərçənginin müalicəsi zamanı
qidalanma proqramına daxil edilir.

 

Kətan toxumu

Döş xərçəngi olan xəstələrin kətan toxumu yeməsi məsləhət deyil.
Lakin dəri xərçəngi və bu kimi xərçəng növlərinin yayılmasının qarşısını
alır.

 

Brüssel kələmi

Yüksək lif tərkibi olan brüssel kələmi başda sütun xərçəngi olmaqla
qaraciyər və ağciyər xərçəngi kimi bir çox xərçəng növlərinə qarşı
qoruyucu gücə malikdir. Toxumalarda şişin böyüməsinin qarşısını alan
qidalar sırasındadır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!