Südün 8 faydası

Südün 8 faydası
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 44
Mütəxəsislər südün sağlığımız və gözəlliyimiz üzərindəki 8 önəmli faydasını bildirirlər.



1. Qarın yağlarını əridir.

Kilo alan insanlarda yağlanma qarın və bel bölgəsində yığılmağa başlayır.

Aparılan
araşdırmalara görə; orta dərəcəli kalori azaldılması edilən, az yağlı
bir dietanın tətbiq edildiyi insana xüsusi qidalanma proqramında, gündə 2
stəkan süd içmək yağ əritmək üçün yetərli olur. Mütəxəsislər tərəfındən
aparılan müşahidələrdə südün içindəki kalsiumun orqanizmdəki yağlanmanı
azaldaraq kilonu kontrolda saxlamağa köməkçi olduğu ortaya çıxmışdır.
Südün tərkibində keyfiyyətli protein ve lioneiq turşu kimi yağ
molekulları ilə kiloda nəzarətə köməkçi olur.



2. Güclü sümüklər üçün vacibdir.

Mineral
baxımından son dərəcə zəngin olan süd eyni zamanda zəngin bir kalsium
qaynağıdır. 1 litr südün tərkibində olan kalsium; 10 kilo ət, 5.2 kilo
çörək, 12,6 kilo kartof, 17 kiloqram alma, 3,2 kilo kahı ya da 2,4
kiloqram kökdə olan kalsiuma bərabər miqdarda olur. Bu səbeblə sağlıqlı
sümüklərr üçün süd içməyiniz şərtdir.



3. Üz dərinizi cavan saxlayır.

Gözəl
ve sağlıqlı bir üz dərisi üçün keyfiyyətli qidalanmaq çox önəmlidir.
Südün içində olan proteinlər, antioksidant olan A vitamini və Zn ilə üz
sağlığı qorunmuş olur. Süd, üz dərisi üzerində nəmləndirici təsir edərək
üz dərisinin korlanmasını və yaşlanmasını gecikdirir. Eynı zamanda
südün içindəki maye üz dərisinin nəm tarazlıöını qoruyur. Buna görə də
orta yaşlı insanlarda, uşaqların, gənçlərin, hamilə ve emizdirən
qadınlar ilə klimaks sonrası dönəmdə qadınların hər gün 2 stəkan süd
istifadə etmələri önemlidir.





4. Beyinə ehtiyacı olan enerjini təmin edir.

Yediyimiz
qidaların insanın yaddaş, zəka və konsentrasiya gücü üzərində çox
önəmli bir təsiri var. Misal üçün orqanizm ağırlığımızın sadəcə yüzdə 2
ilə 3-ü arasında ağırlığı olan beyin, günlük kalorilərimizin orta
hesabla yüzdə 25 – 30-unu xərcləyir. Süd beynin ehtiyacı olan enerjini
təmin edir. İçindəki yüksək zülal ilə orqanizm toxumalarının inkişafına
köməkçı olan süd beyinin funksiyalarına müsbət təsir göstərir.





5. Ürək-damar sistemi üçün çox vacibdir.

Yüksək
təzyiqi olan insanların müalicəsində südün müsbət təsirləri bilinir.
Yüksək təzyiq üçün istifadə olunan bəzi dərmanların olan əlavə
təsirlərini azaltmada südün effektli olduğu görülmüşdür Yağsız ya da
yüzdə 1 yağ tərkibli süd orqanizmə daha çox kalsium verir. Kalsium da
təzyiqi yüzdə 3-10 arasında, daha da vacibi ürək-damar xəstəliyi riskini
yüzdə15-e qədər azalda bilir.



6. Xolesterolu azaldır.

Orqanizmdə
xolesterol sintez olunması ilə yanaşı, biz də heyvan mənşəli qidalar
orqanizmimizə xolesterol qəbul edirik. Qan xolesterol seviyyəsi yüksək
olan insanlarda ürək xəstəliklərindən əziyyət çəkmə və ürək krizi
keçirtmə riski daha yüksək olur. Az yağlı olan süddəki hayvi yağ
azaldığı üçün təbiiki xolesterolu azaldır. Həmcinin xüsusi ilə süd və
tərkibini az yağlı olanlardan seçim etmək, həm daha çox kalsium almağa
səbə olur, həm də günlük doymuş yağ ve xolesterol qəbulunu azaldır.



7. Xroniki bronxitin və bağırsaq xərçənginin profilaktikası üçün

20
il boyunca 2000 insanda aparılan bir müşahidədə; gündə 2-3 stəkan süd
içən insanlarda bağırsaq xəstəliklərinə, hatta bağırsaq xərçənginə heç
rastlanmadığı görülmüşdür. Həmçinin Johns Hopkins Üniversitetində
aparılan başqa bir araşdırmada isə süd içən insanlarda xroniki bronxitə
heç rastlanmadığı ortaya çıxmışdır. Mütəxəsislər südün; siqaret, spirtli
içki və bol miqdarda qəhvə kimi asılılıq yaradan maddələri istifadə
edən insanları belə qoruduğuna diqqət çəkirlər.



8. Osteoporozdan qoruyur.

Osteoporoz,
ən çox rast gəlinən sümük xəstəliyidir. 50 yaş sonrasında, 2 qadından
biri və 4 kişidən birində osteoporoza bağlı qırıqlar görülür. Yaşla
bərabər sümük qalınlığında da azalmanın qarşısını ala bilmənin ən yaxşı
yolu isə kalsium və D vitamini almaqdır. Gündə 2-3 dəfə (2-3 su stəkanı)
süd istifadəsi kalsium qəbulu üçün məsləhət görülür.



Südü sağlıqlı içmənin vacib tərəfləri

Bəsləyici
dəyəri çox yüksək bir qida olan süd, bütün yaş grupları üçün gərəkli
olan kalsium ehtiyacının qarşılanmasında da istifadə ediləcək ən yaxşı
qaynaq olaraq ifadə edilir. Bu səbəblə mütəxəsislər südün saysız
faydalarından yararlanmaq üçün hər gün 2 stəkan, bir başqa deyimlə isə
400 ml süd içilməsini məsləhət görürlər. Yenə mütəxəsislərə görə
uşaqların, inkişaf dövründə gənçlərin, hamilələrin, emizdirən və
menopozadan sonra qadınların da 600-800 ml süd içməsini tövsiyye olunur.



•Südü
günlük alın. Süd mikroorganizmlərin artması üçün çox yaxşı bir şərait
yaratması səbəbi ilə çox asan xarab olur. Bu səbəblə mümkünsə südü
günlük alın.



•4-5
dəqiqə qaynadın, şüsə banka içində tutun: Təmiz olmayan südlə başda
vərəm, brusellyoz və quduzluq kimi bir çox xəstəlik keçə bilir. Bu
səbəblə südü çiy deyil, qaynadaraq istifadə edin. Amma uzun müddət
qaynadılarsa vitaminləri azalacağı üçün pasterize ve sterilizə edilməmiş
südü sadəcə 4-5 daqiqə qaynadın. Daha sonra şüşə banka içərisində
soyuducuda saxlayın və 1-2 gün içində istifadə edin.



•2 gün içində istifadə edin: Pasterize südü açdıqdan sonra soyuducuda 2 gün içərisində istifadə edin.



•Ehtiyacınızdan
çox içməyin: Ehtiyacımızdan çox miqdarda süd içilərsə çox yağ miqdarına
görə kilo problemi ortaya çıxa bilər. Eyni zamanda çox kalsium qəbuluna
bağlı olaraq dəmir çatmamazlığına səbəb olur. Normasından çox süd
qəbulu dəmir çatmamazlığına bağlı olaraq anemiya yaradır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!