Cavanlığı və gözəlliyi qoruyan 8 faydalı içki

Cavanlığı və gözəlliyi qoruyan 8 faydalı içki
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 34
- İnsan orqanizminin təxminən 70-75%-ini su təşkil edir. Su bizim bütün hüceyrələrimizin əsas tərkib hissəsidir. 



Sağlamlığını
qorumaq istəyən insan hər gün kifayət qədər təmiz su içməlidir.
Susuzlaşma ilk növbədə beyində pozulmalara səbəb olur. Susuzlaşma
həmçinin dərinin vəziyyətinə də çox mənfi təsir edir - dəri cansız olur,
tez qocalır. 



İnsan
yaşa dolduqca orqanizmin suya olan tələbatı azalır və insan susuzluğu
hiss etməyə bilər. Həkimlər yaşlı insanlara daim yanında 1 stəkan və ya
butulka təmiz su saxlamaq və vaxtaşırı olaraq bir neçə qurtum su içmək
tövsiyə edirlər. Su qurtaranda növbəti stəkan doldurun və belə gün
ərzində 1,5-2 l təmiz su için (buna əks-göstərişlər yoxdursa). Zorla,
birdən çoxlu miqdarda su içmək olmaz. 



-
Qəhvə xərçəng əleyhinə təsirə malikdir. Qəhvə orqanizmi tonusda
saxlayır. Lakin nəzərə almaq lazımdır ki, yalnız təbii keyfiyyətli qəhvə
insan orqanizmi üçün faydalı ola bilər. Gün ərzində 1-2 fincan qəhvə
içmək kifayətdir. 



-
Yaşıl çay Şərqdə qədim zamanlardan cavanlığı və gözəlliyi qoruyan içki
kimi tanınır. Həqiqətən də yaşıl çayın tərkibində çoxlu miqdarda xüsusi
maddələr \"antioksidantlar\" var ki, bu maddələr orqanizmin
hüceyrələrini qocalmaqdan və dağılmaqdan qoruyur. Gün ərzində 4 fincan
yaxşı təbii yaşıl çay içən insan özünü bir çox xəstəliklərdən (xüsusilə
ürək-damar 

sistemi xəstəliklərdən) və pozulmalardan qoruya bilər. 



-
Kakao flavonoidlərlə zəngindir. Bu maddələr qan damarları qoruyur,
hipertoniyanın, aterosklerozun, şəkərli diabetin riskini azaldır,
orqanizmə xərçəng əleyhinə təsir edir. Kakao sümüklərimiz üçün də çox
faydalıdır. Yaşlı insanlarda (xüsusilə qadınlarda) sümük kütləsinin
itirilməsi ilə müşayiət olunan osteoporoz xəstəliyinin ən yaxşı
profilkatik üsullarından biri 

kakonun qəbuludur. 



-
Qreypfrut şirəsi növbəti faydalı içkidir. Qreypfrutun tərkibində çoxlu
miqdarda xüsusi maddə \"likopin\" var ki, bu maddə hüceyrələri
qocalmaqdan qoruyur, xərçəng əleyhinə təsirə malikdir və həmçinin
dərinin elastikliyinə cavabdeh olan zülalın sintezini (hasilini)
stimullaşdırır. 



- Kök şirəsi orqanizmə antioksidant, iltihabəleyhinə, şişəleyhinə təsir edir, immun sistemini stimullaşdırır. 



-
Portağal şirəsi lütein maddəsi ilə zəngindir. Bu maddə göz üçün olduqca
vacibdir. Lütein göz sağlamlığını qoruyur, gözləri yaşla əlaqədər olan
pozulmalardan qoruyur, yaxşı görmənin saxlanılmasına kömək edir. 



-
Çuğundur şirəsi antioksidantlar mənbəyidir. Çuğundur şirəsi qan
damarları genişləndirir, orqanizmin qanla təmin olunmasını
yaxşılaşdırır, hipertoniya xəstəliyinin inkişafının riskini azadır,
beyinin fəaliyyətinə müsbət təsir edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!