Orqanizmi nikotindən təmizləyən qidalar

Orqanizmi nikotindən təmizləyən qidalar
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 14
Siqaret
aludəçilərinin bədənində nikotin toplanır və bu da bir sıra sağlamlıq
problemlərinə gətirib çıxarır. Siqareti tərgitdikdə belə, nikotinin
bədəndən atılması xeyli vaxt alır.

 

Ancaq mütəxəssislər bəzi qidaların nikotinin bədəndən təmizlənməsinə kömək etdiyini bildirir.

 

Su

Orqanizmi sadəcə nikotindən deyil, bütün kimyəvi maddə və toksitlərdən təmizləyir. Gündə ən az 2 litr su için.

 

Kivi

Bu meyvənin tərkibindəki maddələr nikotinlə mübarizə aparır. Nikotinin bədəndən təmizlənməsi üçün həftədə 3 dəfə 1 ədəd kivi yeyin.

 

Kök şirəsi

Yerkökü
nikotini təmizləməklə yanaşı, onun orqanizmə verdiyi zərəri aradan
qaldırır. Siqaretin səbəb olduğu dəri rənginin tündləşməsi və erkən
yaşlanma kimi problemlərə qarşı yerkökü şirəsi əsl şəfa mənbəyidir.

 

Gicitkən otu

Bol
miqdarda dəmir ehtiva etdiyi üçün orqanizmə faydalıdır. Nikotini
təmizləmək üçün həftədə 3 dəfə gicitkən otu suyu içmək lazımdır.
Gicitkəni müxtəlif xörəklərə əlavə etmək olar. Məsələn, ondan göyərti
küküsü bişirmək mümkündür. Onu dovğaya da əlavə edə bilərsiniz.

 

Zəncəfil

Nikotinin orqanizmdən atılmağını təmin etməklə yanaşı, ağciyərləri də təmizləyir. Zəncəfil həm də siqaret istəyini azaldır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!