Günümüzün narkotiki şəkər!

Günümüzün narkotiki şəkər!
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 21
Mütəxəssislərə
görə şəkər günümüzün narkotiki, xilas olmamız lazım olan bir baş bəlası
və uşaqlıq dövrünün siqareti... Amma vücudumuzun enerji mənbəyi də
şəkərin özülü qlikozadır. Bəs nə etməli? Mütəxəssislər zəhər təsiri
yaradan şəkərli məhsullardn xilas olub, sağlam şəkər mənbəylərinə
yönəlməyimizi deyirlər. Şəkər
kimi insan... Çox şəkər ... Bu kimi sözlərlə zehnimizdə həmişə müsbət
reaksiyalar yaradan şəkərin sağlamlıq baxımından faydalı olmadığını
həmişə bilirdik amma" şeytani bir zəhər”, "yeni dövrün narkotiki” və "
uşaqlıq dövrünün siqareti” olduğunu yeni öyrəndik. Aktual elmi xəbərlər
şəkər və şəkər tərkibli məhsullardan qurtulmadığımız müddətdə daha çox
xəstələnəcəyimizi qeyd edir.

Amma
virus kimi artan şişmanlıqdan, gedərək artan uşaq yaşlarında tutulan
diabetə qədər bir çox xroniki xəstəliyin dəstəkləyicisi olan şəkəri
tamamilə həyatımızdan çıxarmaqda doğru deyildir. Çünki vücudumuzdakı
bütün sistemlərin işləməsi üçün lazımi enerjinin mənbəyi şəkərin təməli
olan qlikozadır. "Bu durumda tarazlığı necə yaradacağıq?" deyə
mütəxəssislərdən soruşduq. Onlarda sağlıqsız şəkər istifadə edərsək
başımıza nələr gələcəyini və ehtiyacımız olan sağlıqlı şəkər
qaynaqlarının nələr olduqunu anlatdı. "Şəkər
yeni çağın şeytani səhəri” Havvanur Yoldaş ( mütəxəssis dietoloq)
-Günümüzdə elmi xəbərlərlə şəkərin yeni dövrün şeytani zəhəri və
narkotiki olduğu söylənilir.



Son
təcrübələr şəkərin şişmanlıq, diabet və hipertoniya (arterial təzyiqin
vaxtaşırı və ya daimi olaraq yüksəlməsi ilə xarakterizə olunur) kimi ən
çox yayılmış xroniki xəstəlikləri sürətləndirdiyini meydana çıxardılar.
Çox təssüf ki, bu qədər təhlükəli olan şəkər, ucuz və ləzzət verən bir
maddə olduğu üçün işlənmiş bütün hazır qidalarda olur. "Qara şəkər də ən
az ağ şəkər qədər ziyanlı” -Vafli kimi şokalad tərkibli bütün qidalar,
şəkərli və asitli içəcəklər, hazır meyvə şirələri, meyvəli hazır
yoqurtlar, hazır kekslər və pudinqlər, biskivitlər, ketçup kimi hazır
souslar, şərbətli şiriniyyatlar kimi böyük, balaca hər kəsin meylini
çəkən və həddən çox istifadə edilən qidaların hamısında şəkər var, yeni
adı ilə "toksin” var. Üstəlik bu qidaların üzərində siqaret kimi "
sağlamlığınıza ziyanlıdır” ifadəsi də yoxdur. Ailələr
uşaqlarını bu zəhərdən qorumalı olduqlarının fərqində olmalıdılar.
Ancaq " yağmurdan qaçarkən doluya tutulan” ata-analar da olur. Bu
ailələr ağ şəkər yerinə qara şəkərlə hazırladıqları kekslərin,
şiriniyyatların daha məsum olduğuna inanırlar. Ancaq qara şəkər də ən az
ağ şəkər qədər zərərlidir.



Şəkəri və karbohidratları tamamilə kəsmək də edilən bir digər xətadır. Şəkərin
özülü olan qlikoza, başda beyin olmaqla bütün orqanlarımızın işləməsini
təmin edir. Amma qlikoza ehtiyacımız üçün sağlam olan şəkər
mənbələrindən istifadə etməyimiz lazımdır. Təzə tərəvəz və meyvələr,
çərəz, noxud və mərcimək kimi quru paxlalılar, kəpək, çovdar və ya yulaf
tərkibli məhsullar sağlıqlı qlikoza qaynağı olaraq istifadə edilə
bilər. Hətta şəkər xəstəsi deyilsəniz təbii bal və bəhməz də sağlıqlı
şəkər qaynağıdır."Meyvələrə
pis şəkər münasibəti göstərməməliyik” Mütəxəssis Dr. Elif Güveloğlu (
Patoloji və Fitoterapiya mütəxəssisi, " Xərçəngə qarşı müdafiəsiz
deyilsiniz” və " Xərçəng yaxşılaşır” kitablarının yazıçısı) Təbii olmayan şəkər, xüsusilə də qlikoza siropu sağlamlığımız baxımından çox ziyanlı və dövrümüzün baş bəlasıdır.



Təbii
şəkərdən 50 qat daha ucuz olduğu üçün qida sənaye yeyəcəklərin içinə
qlikoza siropu əlavə edir. Bu da xərçəngdən şişmanlığa və bir çox
xəstəliyin yaranmasına səbəb olur. Son dövrlərdə " şəkər xərçəngi
bəsləyir” deyə bir şəhər əfsanəsi yayıldı. Bu doğru deyil, Bunu xərçəng
hüceyrələrini təsbit etməkdə istifadə edilən tomoqrafiya testində
radioaktiv şəkər istifadə edildiyi üçün deyirlər Amma normal şəkər
deyil. Əlbəttə yaşayan hər hüceyrə kimi xərçəng hüceyrələri də oksigen
və şəkər istifadə edir. Ancaq beynimizin və immum sistemimizin tək
qidası qlikozadır. Bütün hüceyrə enerji sistemimiz qlikoz üzərində
qurulmuşkən indan vaz keçmək, "birə üçün yorğan yandırmağa” bənzəyir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!