Analar üçün enerji qida

Analar üçün enerji qida
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 54
Ana”
və \\\"yorğunluq” əl-ələ gedən anlayışlardır. Ailənin qayğısını çəkən
və məişət işləri ilə məşğul olan analar çox zaman özlərinə diqqət
yetirməyi və qulluq etməyi unudurlar. 



Lakin
unutmaq lazım deyil ki, \\\"yıxılan evlərin dayağı” olan anaların əhval
və səhhətindən bütün ev-əhlinin durumu asılıdır. Vəziyyəti düzəltmək
üçün dəyərli analarımızı faydalı və enerji dolu qida məhsulları ilə
tanış edirik. 



Dəmirlə
zəngin ərzaqlara əksər anaların böyük ehtiyacı olur. Qanda dəmir
çatışmamazlığı yorğunluq hissi yaradır. Bütün analara xüsusən doğuşdan
yenicə çıxanlara heyvan və bitki mənşəli dəmir qəbul etməyi tövsiyə
olunur: dana əti və ciyəri, göyərtilər, paxlalılar. Bu ərzaqları turş
meyvə və tərəvəzlərlə - bolqar bibəri, limon, laym, portağal, naringi,
qreypfrut, kivi və s. ilə birlikdə yeməyi unutmayın, çünki vitamin C
dəmirin bədən tərəfindən qəbul edilməsinə yardım edir. 



Bundan
əlavə vitamin C ilə zəngin şirə və smuzilər qəbulunu artırın. Mürəkkəb
karbohidratlar digər zəngin enerji mənbəyidirlər. Çalışın az miqdarda
qəbul etməklə sağlam alternativlər-ağ çörək əvəzinə kəpəkli, düyü
əvəzinə isə qəhvəyi düyü seçəsiniz. Əlavə olaraq, buğda, yulaf, qəhvəyi
düyü, kinoa, lobyalar, noxudlar, mərci və kartof, kök, çuğundur kimi
nişastalı tərəvəzlər gün ərzində yorulmamağa əsas verəcəkdir. 

Cərəzlər
enerjivericilik qabiliyyəti ilə yanaşı analara hazırlanmasına vaxt və
əziyyət tələb etməyən digər bir vasitədirlər. Lif, vitamin E və turş
yağlarla zəngin olan qoz, fındıq, badam, fıstıq, günəbaxan tumu, kətan
toxumu, küncüt, qara zirə toxumu anaların rasionundan əksik
olmamalıdır. 



Ağartılar
kalsiumla zəngin olduqlarından anaların rasionu üçün əvəzedilməzdir.
Analara qatıq, kücüt toxumları və parmezan pendirinin qəbulu məxsusi
şəkildə tövsiyyə olunur. 



Susuzlaşma
insana yorğunluq gətirir. Kİfayət miqdarda su qəbul etmək həyati
vacibdir xüsusən analar üçün. Suyun qəbulu bədənə bərpa olunmağa və
oksigenlə zənginləşməyə yardım edir. Bu isə öz növbəsində yorğunluğun
qarşısını alır. 



\\\"The
Journal of Psychopharmacology” dərgisinin apardığı son araşdırmaya
görə, gündəlik az miqdarda tünd şokoladın qəbulu anaların sağlamlıq və
əhvalı üçün önəmlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!