Bu qidalar ürəyi məhv edir!

Bu qidalar ürəyi məhv edir!
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 54
Bəzi qidaların çoxlu miqdarlarda qəbulu ürəyin və damarların sağlamlığına çox mənfi təsir edir. Bu qidalar arasında:

-
İstənilən marqarin, spred və s. kimi "yağlar". Onları həmçinin
trans-yağlar adlandırırlar. Məhz bu yağlar qanda "pis" xolesterinin
artmasına və bu xolesterinin damarlarn divarlarında yığılmasına səbəb
olur. Damarlarda yığılan xolesterin damarları daraldır, onların
elastikliyini pozur. Bu isə gələcəkdə infark və insultun inkişafına
təkan verə bilər.

Bu səbəbdən həkimlər marqarin və buna oxşar "yağlardan" imtina etməyi tövsiyə edirlər.

Nəzərinizə
çatdıraq ki,  dükanlarda satılan hazır tort, pirojna, peçenye, vafli və
s. bu kimi məhsulların tərkibinə də ucuz trans-yağlar daxildir.

- Kolbasa və sosis məmulatları. Bu məhsullar da qanda xolesterinin səviyyəsini qaldırır.

-
Qırmızı ət (mal, qoyun). Az miqdarlarda qəbul olunduqda qırmız ət
orqanizm üçün çox faydalıdır. Lakin çoxlu miqdarlarda yağlı qırmızı ətin
qəbulu ürəyin sağlamlığına ziyan vurur. Alimlər qırmızı əti həftədə 2-3
dəfə yeməyi tövsiyə edirlər. Heyvanların beyini, böyrəkləri, qara
ciyəri də qanda xolesterinin səviyyəsini qaldırır. Bu səbəbdən bu
məhsulları da tez-tez yemək olmaz.

Toyuq diyetik məhsul sayılır. Lakin toyuğun dərisini yemək olmaz.

-
Şəkər, şirniyyatlar. Bu məhsulların çoxlu miqdarlarda qəbulu qanda
insulinin səviyyəsinin qalxmasına səbəb olur. İnsulinin qalxması isə öz
növbəsində qanda xolesterinin qalxmasına səbəb olur.

- Yağlı süd məhsulları (yağlı xama, qaymaq və s.). Bu məhsulların çoxlu miqdarda qəbulu da ürəyin sağlamlığına ziyan vurur.

- Mayonez və digər yağlı souslar.

- Duz orqanizm üçün çox vacib maddədir. Lakin duzlu qidaların çoxlu miqdarda qəbulu ürəyin sağlamlığı üçün ziyanlıdır.

-
Fast-fud qidaları (qamburger, kartof-fri, cips və s.) həm duz, həm də
yağlarla zəngindir ki, bu da ürək və damar sağlamlığı üçün ziyanlıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!