Balı doğru qəbul edin ki, orqanizmə faydası olsun

Balı doğru qəbul edin ki, orqanizmə faydası olsun
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 28
Bal ən faydalı məhsullardan biridir. Bal müxtəlif faydalı maddələrlə olduqca zəngindir. 



Balın
tərkibində 60-dan çox müxtəlif faydalı maddələr (vitaminlər,
minerallar, orqanik turşular, fermentlər və s.) var. Lakin balın faydalı
xüsusiyyətlərindən yararlanmaq üçün onu düzgün qəbul etmək lazımdır. 



1.
İsti çayda və ya suda həll olunmuş bal orqanizmə nəinki xeyir gətirməz,
hətta, bəzi mütəxəssislərin fikirinə görə, ziyan vura bilər. Balın
tərkibində olan bir çox xeyirli maddələr (fitonsidlər, flavonoidlər,
vitaminlər və s.) isti suda parçalanır. Bu səbəbdən balı ilıq, otaq
temperaturunda olan suda həll etmək lazımdır. 



2. Belə hesab olunur ki, balı tək qəbul etmək daha yaxşıdır (çörəyə, peçenyeyə və s. çəkəndə yox). 



3. Gün ərzində 2-3 xörək qaşığı bal böyüklər üçün kifayətdir. Baldan fayda almaq üçün onu daim hər gün qəbul etmək lazımdır. 



4.
Uşaqlar gün ərzində 2-3 çay qaşığı bal yeyə bilər. Pediatrlar 1 yaşına
kimi olan uşaqlara bal vermək tövsiyə etmir ki, bu allergiyaya səbəb ola
bilər. Daha böyük yaşlı uşaqlara balı əvvəl az miqdarda suda həll edib
verin və uşağın orqanizminin reaksiyasına nəzarət edin. Səpgilər,
qaşınma əmələ gəldikdə həkimə müraciət edin. 



5.
Balı suda həll edib içəndə bu mədə-bağırsaq sisteminə müsbət təsir
edir. Lakin mədə-bağırsaq sistemi xəstəliklərinin (qastrit, mədə və 12
barmaq bağırsağı xorası) kəskinləşməsi zamanı balı qəbul etmək olmaz. 



6.
Balı sovurmaq da olar. Bu ağız boşluğunda, boğazda olan iltihablar
zamanı çox xeyirlidir. Lakin bundan sonra mütləq su içmək və ağız
boşluğunu yaxşı yaxalamaq lazımdır ki, dişlərə ziyan vurulmasın. 



7. Şəkərli diabet xəstələri üçün bal əks göstərişdir. 



8. Balı səhər tezdən acqarına (yeməkdən 30 dəqiqə əvvəl) qəbul etmək yaxşıdır. 



9. Axşam 1 çay qaşığı bal 1stəkan ilıq suda qarışdırıb için. Bu vasitə sakitlədirici təsir edir, yuxunu tənzimləyir. 



10.
Müxtəlif bal növləri müxtəlif xəstəliklər zamanı xeyirlidir. Belə ki,
cökə balı soyuqdəymə xəstəlikləri zamanı xeyirlidir. Qarabaşaq balı
qanazlığı, ürək-damar sistemi xəstəlikləri zamanı yaxşı təsir edir. Ən
ətirli şabalıd balı isə mədə və böyrəklər üçün xeyirlidir. 



11. Allergiyaya meyilli insanlar baldan ehtiyatla istifadə etməlidir - bal allergiyaya səbəb ola bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!