Hər gün avokado yemək üçün 9 səbəb

Hər gün avokado yemək üçün 9 səbəb
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 32
Avokado
çoxlarının sevmədiyi meyvələrdəndir. Ancaq onun faydalarını öyrənəndən
sonra hər gün avokado almaq istəyəcəksiniz. Belə bir fikrə düşsəniz,
bilin ki, həmin meyvəni həm yeməklərinizə qata, həm dadlı salatlar
hazırlaya bilərsiniz. Üstəlik, saç və üz dərisi üçün çox faydalı olan
avokadonun maskaları da effektli olur. 



Qadınlar.biz
 təbiətin ən böyük möcüzələrindən biri olan avokado haqqında daha öncə
heç yerdə eşitmədiyiniz məlumatları təqdim edir: 



1. Zehni gücləndirir

Beyni
qüvvətləndirmək və zehni gücləndirmək üçün ən yaxşı üsul qidalarımıza
fikir verməkdir. Avokado omeqa-3, yağ turşuları, həm də təbii E vitamini
ilə zəngindir. Buna görə də, insanda problemləri həlletmə, qərarvermə
qabiliyyətini artırır. 



2. Xolesterini azaldır

Mütəmadi
olaraq bir dilim avokado yemək orqanizminizin gündəlik yağ ehtiyacının
32 faizni ödəyir. Ancaq bu yağlar təhlükəli deyil. Çünki avokado sadəcə,
doymamış yağ ehtiva edir. Bu xüsusiyyəti ilə zərərli xolesterinin
səviyyəsini aşağı salır. Xolesterin səviyyəsinin aşağı olması isə iflic
və infarkt riskinin azalması deməkdir. 



3. Vitaminlərin daha yaxşı həll olunmasını təmin edir

Bir
çox vitamin yağda həll olunur. A, K, D və E vitaminləri yağda həll
olunan vitaminlərdir. Yemək yedikdən sonra vitaminlərin çoxu orqanizmdən
atılır. Ancaq yeməklərin yanında bir dilim avokado yedikdə, onun
tərkibindəki yağlar sayəsində vitaminlər daha tez həll olunur.
Beləliklə, vitaminlər orqanizmin daxilində qalaraq daha sağlam
olmağınızı təmin edir. 



4. Bağırsaq iltihabını yox edir

Hər
kəs bağırsaq iltihabından əziyyət çəkə bilər. Bu, bəzən gizli şəkildə
inkişaf edir və təhlükəli xəstəliklərə gətirib çıxarır. Avokadonun
tərkibindəki yağ turşuları, C və E vitaminləri kimi əhəmiyyətli
antioksidantlar bağırsaq iltihabının qarşısını alır. 



5. Gözlər üçün faydalıdır

Bu
meyvənin tərkibində "lutein” və "zeaksantin” adlı maddələr gözləri
müxtəlif xəstəliklərdən qoruyur. Avokadonun ehtiva etdiyi "karotenoid”
maddəsi gözlərin daha yaxşı görməsini təmin edir. 



6. Liflə zəngindir

Avokadonun
7 faizi lifdir. Ona görə də, əsl lif anbarı hesab edilən avokado
insanın gündəlik lif ehtiyacının 27 faizini ödəyir. Lifli qidaların
bütün xüsusiyyətlərini daşıyır: arıqlamağa kömək edir, maddələr
mübadiləsini sürətləndirir. 



7. Banandan daha çox kalium ehtiva edir

Bir
çox insan kalium çatışmazlığından əziyyət çəkir. Belə xəstələrə banan
yemək tövsiyə olunur. Ancaq avokadonun tərkibindəki kalium banandan daha
çoxdur. Bir ədəd avokado gündəlik kalium ehtiyacının 14 faizi
deməkdir. 



Qeyd edək ki, kalium infarkt və böyrək çatışmazlığı riskinin qarşısını alır. 



8. Hamilələrə tövsiyə olunur

Avokado
hamilələr üçün ən yararlı qidalardan biridir. Çünki hamilə qadınlar və
döl normaldan daha çox fol turşusu qəbul etməlidir. Bir ədəd avokadoda
da həm hamilə qadın, həm də döl üçün zəruri olan fol turşusunun 25 faizi
var. 



9. Hüceyrələri yeniləyir

İnsan
bədənində hüceyrələr daim yenilənir. Avokado hüceyrələrin yenilənməsi
prosesini sürətləndirir. Tərkibindəki, 20 fərqli vitamin və mineral
sayəsində daha sağlam hüceyrələrin yaranmasını təmin edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!