Səhər yeməyinin faydalarına dair 7 elmi fakt

Səhər yeməyinin faydalarına dair 7 elmi fakt
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 35
Səhər
yeməyinin faydasına dair mütəxəssislərdən, ailəmiz və çevrəmizdəki hər
kəsdən çox şey eşidirik, lakin yenə də qulaq ardına vururuq. 



Səhər yeməyi sadəcə fizioloji deyil, psixoloji sağlamlığımızı da qoruyur, zehnimiz və yaddaşımızı inkişaf etdirir. 



Səhər yeməyinin həyatımızdakı mühüm rolunu əks etdirən 7 elmi faktı təqdim edirik. 



Səhər
yeməyinin önəmli olduğunu tez-tez eşidirik. Analarımız, çevrəmizdəki
hər kəs bunu israrla xatırladır. Lakin yenə də bir çoxumuz yuxudan
oyanan zaman məktəbə, işə 

gecikməmək
üçün səhər yeməyinin üzərindən keçirik. Hansı ki, pomidor, pendir kimi
qidalarla mütəmadi olaraq edilən səhər yeməyi fizioloji, psixoloji və
zehni olaraq bizi daha sağlam qalmağımıza kömək edir. 



Səhər
yeməyi piylənmə və şəkər xəstəliyinə tutulma riskini azaldır. 45-82 yaş
arasında olan 27 minə yaxın insan arasında 16 il aparılan təcrübə
nəticəsində məlum olub ki, səhər yeməyini mütəmadi yeyən insanlarda
piylənmə nisbəti digərlərindən aşağıdır. 



Səhər
yeməyi yeni əldə etdiyiniz biliklərin yaddaşınızda daha yaxşı və
uzunmüddətli qalmasını təmin edir. 13-20 yaş arası 319 şagird və tələbə
arasında aparılar təcrübə göstərib ki, nizamlı və düzgün səhər yeməyi
yeyənlərin yaddaşları inkişaf edir və səhər yeməyi yeməyənlərdən daha
qüvvətli olur. 



Səhər
yeməyi gün boyu enerjinizin qorunmasına kömək edir. Səhər yeməyini
yeyənlər gün boyu özlərini daha az yorğun hiss edirlər. 



Ruh
halınızı inkişaf etdirərək xoşbəxt olmağınızı təmin edər. Səhər yeməyi
insanın stersli anlarının öhdəsindən asanlıqla gələ bilməsinə kömək
olur. 



Səhər
yeməyi bədəninizin ehtiyacı olan qidaları depolaya bilir. Araşdırmalar
sübut edib ki, hər gün səhər yeməyi yeyən insanların bədəni, sümük
sağlamlığını qoruyan kalsium və insanı daha uzun zaman tox tutan lif
kimi elementləri daha çox depolaya bilir. 



Səhər
yeməyi arıqlamağınıza da kömək edər. 17 min insan üzərində aparılan
təcrübə göstərib ki, səhər yeməyindən imtina etməyənlər daha tez
arıqlayırlar. "Az, amma tez-tez” qaydasına əsasən yeyilən yeməklər də
əldə edilən nəticəyə təsir edir. 



Səhər
yeməyi konsentrasiyanızı inkişaf etdirir. Səhər yeməyinin enerji
verməsi və yaddaşı gücləndirdiyi bəllidir. Yatan zaman beyinin
xərclədiyi və ehtiyac duyduğu enerji və qlükoza kimi təməl qaynaqlar
səhər yeməyindən alınır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!