Sadə və kakaolu dondurma daha etibarlıdır

Sadə və kakaolu dondurma daha etibarlıdır
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 7
Mütəxəssislər sadə və kakaolu dondurmaların sintetik boyalar baxımından daha etibarlı olduğunu qeyd edib. 



Süleyman
Demirel Universiteti (SDU) Tibb fakültəsi tibbi biokimya fundamental
elm sahəsi üzrə rəhbər, prof. dr. Fatih Gültekin tərkibində naməlum
rəngləndiricilərdən istifadə olunan meyvəli dondurmalar əvəzinə sadə və
ya kakaolu dondurmalara üstünlük verilməsini tövsiyə edib. O, verdiyi
açıqlamada yay mövsümündə çox yeyilən dondurmalara tələbin ortaya
qoyulan çeşidlərlə daha da artılımağa çalışıldığını söyləyib. 



Dondurmanın
əsas tərkib hissəsinin süd, səhləb və şəkər tozu olduğunu qeyd edən
Gültekin bu şəkildə hazırlanan dondurmanın sağlamlığa faydası olduğunu
bildirib. 



Ticarət
məqsədilə istehsal olunan dondurmalarda isə sağlamlıq baxımından
narahatlıq yaradacaq qatqı maddələrinin ola biləcəyinə diqqət çəkərək
bunlardan birinin də meyvəli dondurmalarda istifadə olunan
rəngləndiricilər olduğunu nəzərə çatdırıb. 



Təbii
rəngləndiricilərin riks yaratmadığını, lakin sintetikanın insan
sağlamlığı üçün mənfi təsirlərinin olduğunu vurğulayan Gültekin bu
barədə fikrini belə bildirib: "Məsələn, limonlu dondurma alırsınız. Əgər
rəngi sapsarıdırsa, onun tərkibində boyadan istifadə olunduğu bəllidir.
Çünki limonu qatdığınız zaman rəngi ağdan çox yüngül şəkildə sarıya
dəyişə bilər, amma sapsarı ola bilməz. Burada istifadə olunan sintetik
rəngləndirici isə çox ziyanlıdır. Belə ki, sintetik rəngləndiricilərdən
bir qismi DNT-yə ziyan vurur, bir qismi allergik xəstəliklərə yol açır,
bəziləri isə xərçəng riskini artırma potensialına malikdir. Həmçinin
hiperaktivliyi də artırır. Əgər övladınız hiperaktivdirsə, onda xüsusilə
bu boyalardan uzaq durmanız lazımdır”. 



Meyvəli
dondurmanın tərkibində sintetik rəngləndiricinin olmadığından əmin
olunmalıdır. Limonlu dondurma almaq istəyirsinizsə, onun rəngi ağ
olmalıdır və ya azacıq sarıya çala bilər. 



Çiyələkli
dondurma yüngül çəhrayı olmalıdır. Əgər bunu aydınlaşdıra
bilmirsinizsə, onda sadəcə olaraq kakaolu və ya sadə dondurma almaq
məsləhətdir.. 



Açıq
dondurma alındığı zaman onun tərkibində hansı rəngləndiricidən istifadə
olunduğunun soruşulması önəmlidir. Paketdə dondurma alındıqda isə
paketin üzərindəki məlumatlara diqqət edilməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!