Günə nə qədər çörək yeməli?

Günə nə qədər çörək yeməli?
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 13
Gündə nə qədər çörək yemək lazımdır? Pəhriz saxlayarkən çörək yemək düzgündürmü? 



Beyin,
sinir sistemi və qırmızı qan hüceyrələri enerji ehtiyaclarını
karbohidratlardan qarşılayır. Bəzi karbohidratlar qidalarda təbii olaraq
var, bəziləri isə sonradan əlavə edilir. 



Karbohidratların
böyük qismi bitki mənşəli qidalardan alınır. Bu karbohidratlar
bədənimizdə element olan qlükozaya çevrilir və qan şəkərinin əsas
qaynağını meydana gətirər. Buna görə də Dünya Sağlamlıq Təşkilatı
gündəlik enerjimizin 55-60 faizinin karbohidratlarla qarşılanmasının
lazım olduğunu vurğulayır. Bu məqamda çörəyin vacibliyi ön plana çıxır. 



Süfrələrin əsas qidası – çörək

Süfrələrin
əsas qidası çörək olmadan heç bir qida proqramı qəbul edilə bilməz.
Elmi araşdırmaların nəticələrinə görə, türk xalqlarının təxminən 70
faizinin qidalarının əsasını taxıllı bitkilər təşkil edir, bunun da 70
faizini çörək təşkil edir. Hətta düşbərəni də çörəklə yeyənlər var. 



Pəhrizdən çörəyi çıxarmaq yerinə...

Dünya
Sağlamlıq Təşkilatının sağlamlıq hesabatında köklük bədəndə artıq
miqdarda yağ yığılması nəticəsində ortaya çıxan və müalicə edilməsi
mütləq olan bir sağlamlıq problemi olaraq təyin edilir. O halda, həqiqi
ağırlıq itkisi bədəndəki yağ kütləsinin azalması ilə mümkündür. Sümük və
əzələ kütləsindəki itkilər isə sağlamlıq baxımından risklidir. Balanslı
pəhrizlərdə yağ, çox aşağı nisbətdə karbohidrat tərkibli pəhrizlərdə
su, aclıq vəziyyətində əzələ itkisi müşahidə edilir. Taxıllardan məhrum
bir pəhriz ilə ağırlıq itkisinin sürətlə getməsi əvvəlcə su, sonra isə
əzələ kütləsindəki azalma ilə əlaqəlidir. Buna görə də pəhrizdən çörəyi
çıxarmaq əvəzinə qara çörək seçmək, plov, makaron, kartof kimi nişastalı
qidalar yeyilən zaman yanında çörək yeməmək lazımdır. Duzsuz adı ilə
satılan buğda, tam buğdalı, çovdar, kəpək çörəyindən başqa digər
gündəlik duz qəbulunun 30 faizinin alındığı çörəklər süfrədə olan zaman
yeməklərə və başqa qidalara duz tökmək məsləhət görülmür. 



Gündəlik çörək ehtiyacı

İnsanlar
yaş, cinsiyyət, boy uzunluğu, bədən ağırlığı, fiziki fəaliyyət
səviyyəsi, qidalanma vərdişləri, iş vəziyyəti və yaşayış tərzinə görə
fərqlidir. Buna əsasən, yetkin bir insanın gündəlik çörək ehtiyacı
15-300 qramdır. Çörəyin 1 dilimi 25 qram olduğuna görə, gündə 4-12
dilimə qədər çörək yeyilməsi idealdır. Tam taxıllı çörəklərin lif
nisbəti yüksək olduğu üçün qlisemik indeksi aşağıdır. Beləliklə, kiloya
nəzarəti təmin etmək, bədənin yağ nisbətini aşağı salmaq, qan şəkərini
balanslaşdırmaq, tox tutmaq, iştaha güc gəlmək, bağırsaqların işləməsini
qaydaya salmaq kimi faydaları var. Bundan başqa, dərinin elastikliyini
qorumağa kömək olur, depressiyanın qarşısını alır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!