Şokoladın faydası və zərəri

Şokoladın faydası və zərəri
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 19
Bu
yaxınlarda Kanadanın Rayerson Universitetinin alimləri şokolad südünün
uşaqlarda piylənmə əmələ gətirmədiyini, əksinə iştahanın aşağı düşməsinə
səbəb olduğunu təsdiqləyiblər. Halbuki əvvəllər bunun tam əksini
söyləyirdilər. 



Aydın
olub ki, naharı şokolad südü ilə başa vuranlar şam yeməyində adətən
olduğundan daha az yeyirlər. Digər mütəxəssislər isə bu içkinin idman
zallarındakı məşqlərdən sonra enerjini bərpa etmək məqsədilə istifadə
edilməsini məsləhət görürlər. 



Ancaq
bu nəticələr şokoladın sağlamlığa mənfi təsirini də azaltmır. Bəs hansı
hallarda ondan istifadə etmək lazımdır, hansı hallarda isə orqanizmə
ziyandır? 



1. Gündə iki fincan kakao ahıl yaşlarda da yaddaşın qorunmasına kömək edir. 



2. Şokoladsevərlərdə ürək-damar xəstəlikləri, insult, diabet, ateroskleroz riski 30 % aşağı olur. 



3. Acı şokolad xroniki yorğunluqla mübarizədə ən gözəl vasitədir. 



4.
Şokolad depressiyanı aradan qaldırmağa kömək etsə də, onun həddindən
çox qəbul edilməsi, məsələn, gündə iki plitka şokolad əks təsir. 



5. Şokolad üzdə sızanaqların yaranmasına səbəb olur. 



6.
Bir plitka şokoladda təxminən 500 kkal olur. Bu enerjini sərf etmək
üçün 59 dəqiqə qaçmaq və ya iki saat aerobika ilə məşğul olmaq
lazımdır. 



Unutmayın, qədərində istifadə edilən hər növ nemət yalnız və yalnız faydalıdır. Odur ki, nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!